Accessibility links

Livanın Sidon şəhərində döyüşlər davam edir


Livan qoşunları liman şəhəri olan Sidonda sünni ruhaninin güclü silahlanmış davamçıları ilə döyüşləri ikinci gündür davam etdirir. Döyüşlər zamanı təxminən 16 əsgər həlak olub.

Avtomat atəşləri və raket səsləri sakinlər arasında çaxnaşmaya səbəb olub. Sakinlər su və elektrik kəsintisi barədə məlumat verib.

Sabiq baş nazir Fuad Saniora müxbirlərə deyib ki, o və prezident Mişel Süleyman da daxil olmaqla digər liderlər Sidonfa fəvqəladə vəziyyət elan edib və bütün silahlı qruplaşmaların şəhərdən çıxarılmasını istəyir.

Qarşıdurma bazar günü qoşunlar yerli sünni lider Şeyx Əhməd Əl-Asirin davamçısını həbs edtdikdən sonra başlayıb.
XS
SM
MD
LG