Livanın baş naziri Səad Həriri bazar günü ölkəsini noyabrın 4-ü təəccüb doğuran istefasını elan etdiyi Səudiyyə Ərəbistanından qısa zamanda geri dönəcəyinə əmin edib.
Partiyasının Futur televiziyasına Ər-Riyadda verdiyi müsahibəsində Həriri istefa verməsinin öz qərarı olduğunu deyib və Hizbullahla müttəfiqliyə son qoymaq məqsədi ilə Səudiyyə Ərəbistanı rəsmiləri tərəfindən istefa verməyə məcbur edilməsi barədə iddiaları rədd edib.
“Mən müsbət təsir göstərmək istəyirdim, mənfi təsir deyil. Mən livanlıların bizim nə qədər təhlükəli yerdə olduğumuzu bilmələri üçün müsbət təsir göstərmək istəyirdim. Ona görə ki, biz bu yolla davam edə bilmərik, biz Livan patiyası Hizbullahın Yəmən və digər yerlərdə Suriya rejimi ilə münasibət yaratması ilə yanaşı Livanın regional münaqişədən kənarda dayandığını deyə bilmərik. Mən bunu edə bilmərəm” – deyə Livanın sabiq baş naziri Səad Həriri bildirib.
Həriri həm Livan, həm də Səudiyyə Ərəbistanının vətəndaşıdır. Özünün təəccüb doğuran istefa çıxışında o deyib ki, Hizbullah və onu dəstəkləyən iranlılar "ölkəni ələ almaq üçün tələ qurur". "Bu isə bütün Yaxın Şərqdə stabilliyi pozacaq", deyə o bildirib.
Həriri öz həyatı üçün də qorxduğunu etiraf edib. Hizbullah 2005-ci ildə onun atası, sabiq baş nazir Rafik Həririnin ölümülə nəticələnmiş avtomobil partlayışında günahlandırılıb.
Livanda hər il keçirilən minlərlə marafon iştirakçısı və onu izləyən tamaşaçılar bazar günü baş nazirin geri dönməsini istəyib. Onlardan bəzisi əllərində “Sizi Gözləyirik” sözləri yazılmış plakatlar tutub.
Livan prezidenti Mişel Aoun hələ də Həririnin istefasını qəbul etməyib. Bazar günü Hərinin televiziyada yayımlanan müsahibəsindən əvvəl Aoun bəyanatla çıxış edərək, baş nazirin Səuidiyyə Ərəbistanında qəribə vəziyyətdə olduğunu deyib.
Hizbullahın Livandakı rəhbəri Həsən Nəsrullah ötən həftə deyib ki, Səudiyyə Ərəbistanı Həririni istefa verməyə məcbur edib.