Accessibility links

Livanda nümayişlər


Livanda iqtisadiyyatın pisləşməsi və hökumətdəki siyasi böhrana etiraz olaraq yüzlərlə insan Beyrut küçələrinə çıxıb.

Son bir neçə həftədir Fransada etirazçıların geyindiyi sarı gödəkçələrdən geyinən bəzi etirazçılar Beyrutun mərkəzindəki hökumət binasına doğru irəliləyib.

Kütlənin sayı artdıqdan sonra hiddətlənən etirazçılar təhlükəsizlik qüvvələrinə su butulkaları atmağa başlayıb və əsgərlərlə əlbəyaxa olub.

Ordunun verdiyi bəyanatda etirazçılar sakitliyə çağırılıb.

Livan qanunvericiləri ümummilli seçkilərdə əksəriyyətin seçilməməsindən yeddi ay müddətin keçməsinə baxmayaraq, milli birlik hökuməti barədə razılıq əldə edə bilməyib.

Livanın baş naziri Saad Əl-Həriri keçən cümə günü həftə sonu razılaşmanın əldə ediləcəyinə ümid bəslədiyini demişdi. Lakin yüksək səviyyəli siyasətçilər şənbə günü keçirilən müzakirələr zamanı yeni problemlərin yarandığını deyərək, buna ümidlərini itirdiklərini bildiriblər.

XS
SM
MD
LG