Liviya sabiq diktator Müəmmər Qəzzafinin həbsdə olan oğluna qanunsuz şəkildə sənəd ötürməkdə günahlandırılan Beynəlxalq Cinayət Məhkəməsinin dörd rəsmisini azad edib.
Dörd nəfər, o cümlədən Seyf əl-İslam Qəzzafinin vəkili olan avstraliyalı Melinda Teylor dünən Roma şəhərinə yola düşüblər.
Teylor Qəzzafiyə Zintan şəhərindəki həbs kamerasında sənədləri ötürmüşdü. SƏnədlərin nədən ibarət olduğu aydın deyil, amma Liviya rəsmiləri məhkəmə işçilərini casusluqda günahlandırıblar.
Beynəlxalq Cinayət Məhkəməsinin prezidenti Sanq Hyun Sonq Liviya hökumətindən üzr istəyərək təşkilatın Liviyanın milli təhlükəsizıiyinə xələl gətirmək niyyətində olmadığını bildirib.