Accessibility links

Sabiq müxalifət lideri Məhəmməd Əl-Məqarifi Liviya prezidenti seçildi


Liviyanın Milli Assambleyası sabiq müxalifət lideri Məhəmməd Əl-Məqarifi prezident təyib edib. 200 üzvlük Konqresdə keçirilən səsvermə zamanı o, 113 səs toplayaraq, rəqibi Əli Zidana qalib gəlib.

Təyinat Liviyanın keçid şurasının səlahiyyətləri assambleyaya həvalə etməsindən bir neçə saat sonraya təsadüf edib. Bu, son 60 ildə Liviyada keçirilən ilk azad seçkilərdir.

Məhəmməd Əl-Məqarifi Müəmmər Qəzzafinin 42 illik hakimiyyəti əleyhinə mübarizə aparan Liviya Azadlıq Cəbhəsinin lideri olub.

1980-ci illərdən vətənini tərk edən Məqarifi ötən ilin inqilabından sonra Liviyaya qayıdıb.

Hazırda o, Konqresdə üstünlük təşkil edən Milli Cəbhəyə sədrlik edir.

Liviyanın Milli Assambleyası konstitusiyanın təsisindən sonra baş naziri təyin etməlidir.
XS
SM
MD
LG