Accessibility links

Benqazi hücumunda şübhəli bilinən Əbu Xatalla özünü müqəssir tanımayıb


Liviyada 2012-ci ildə Benqazidə Amerika konsulluğuna hücumun təşkilində şübhəli bilinən Əhməd Əbu Xatalla Vaşinqtonda federal məhkəmədə özünü müqəssir tanımayıb.

Bu gün ABŞ hərbi dəniz qüvvələrinin gəmisi ilə Birləşmi Ştatlara gətirilən Əbu Xatallaya qarşı rəsmən qətl və terrorizm ittihamları irəli sürülüb. Günahkar tanınsa ona ölüm hökmü çıxarıla bilər.

Əhməd Əbu Xatalla ABŞ-ın xüsusi təyinatlı qüvvələrinin bu ayın əvvəli Benqazidə keçirdiyi əməliyyat zamanı həbs edilb. Rəsmilər onu ABŞ-a gətirilməzdən əvvəl Amerikanın hərbi gəmisində sorğu-sual edib.

Benqazidə 2012-ci il sentyabrın 11-də baş vermiş hücum ABŞ-ın Liviyadakı səfiri Kris Stivens və daha üç Amerika dipomatının ölümülə nəticənmişdi. ABŞ rəsmiləri səfir Stivensin silahlı şəxslər konsulluğa hücumu zamanı törətdikləri yanğın nəticəsində öldüyünü bildirib.

Konqresdəki respublikaçılar Obama administrasiyası və Dövlət Departamentini terrorizmin yayıldığı regionda təhlükəsizliyə kifayət qədər diqqət verməməkdə günahlandırır.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG