Accessibility links

Liviyadakı münaqişə körfəz dövlətləri arasında ixtilafı dərinləşdirir


Qətər Körfəz və Avropa arasında əlaqələri pozmağa çalışan Liviya qüvvələrinin komandiri Xəlifə Həftarın xaricdən silahlarla təmin edilməsinin qarşısının alınmasına çağırıb.

Artıq iki həftədir Liviyanın Milli Ordusu şəhərin cənub bölgəsində beynəlxalq ictimaiyyətin tanıdığı Tripoli hökumətinə qarşı silahlı qruplaşma ilə mübarizə aparır.

Allaha şükür, öz həyatımıza davam edirik . Əlimizdən başqa nə gəlir?
Məhəmməd Taha, Tripoli sakini

Paytaxtda ara-sıra artilleriya səslərinin eşidilməsinə baxmayaraq, şəhər küçələri məktəblilərlə, restoranlar isə müştərilərlə doludur.

Xarici qüdrətlər 2011-ci ildə diktator Müəmmar Qəzzafinin hakimiyyətdən devrilməsindən sonra ölkədə hökm sürən anarxiyadan narahatdır.

BMT-nin təxminlərinə görə, münaqişə səbəbi ilə 174 adam həyatını itirib, 756 nəfər xəsarət alıb, 18,250 nəfər evindən didərgin düşüb.

Liviyalı hərbi komandir Xəlifə Həftar Misir Prezidenti Abdel Fəttah əl-Sissi ilə Qahirədə görüşür. 14 aprel, 2019.
Liviyalı hərbi komandir Xəlifə Həftar Misir Prezidenti Abdel Fəttah əl-Sissi ilə Qahirədə görüşür. 14 aprel, 2019.

General Həftarı Misir, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı dəstəkləyir.

Tripolidə qərargahlanan hökuməti dəstəkləyən Qətər isə Həftara qarşı tətbiq olunan sanksiyaların icrasında israrlıdır.

XS
SM
MD
LG