- Liviyanın rəqib qüvvələri yüz milyonlarla dollarlıq yardım üçün beynəlxalq ictimaiyyətə müraciət edib. Birləşmiş Ərəb Əmirliyində isə Qəzzafisiz Liviya məsələsi müzakirə edilir. Liviyanı bir zamanlar müstəmləkəsində saxlayan İtaliya 600 milyon dollar vəd edib. Yardım kreditlər və yanacaq məhsullarını əhatə edir. Associated Press-in məlumatına görə, Obama administrasiyası Liviyaya humanistar yardımlarını 26.5 milyona çatdıracaq. ABŞ bundan əvvəl Liviyanın dondurulmuş hesablarından 30 milyardının azad edilib, müxalifətə veriləcəyini bəyan etmişdi. Nümayəndələr rəqib döyüşçülərə bir milyard dollarlıq yardım vəd edib. ABŞ dövlət katibi Hillari Klinton Əbu Dabi yığıncağında deyib ki, Qəzzafinin günləri barmaqla sayılmaqdadır. Bu, Liviyanın təmas qrupu, BMT,Ərəb Liqası və Körfəz Əməkdaşlıq Şurasının 22 ölkədən olan nümayəndələrinin Liviya ilə bağlı üçüncü görüşüdür. Bu arada NATO Tripoliyə hava zərbələrini davam etdirir. Dünən gün ərzində şəhərə 60 bomba salınmışdı. 31 adam həlak olub,onlarla insan yaralanıb.
Liviyanın rəqib qüvvələri yüz milyonlarla dollarlıq yardım üçün beynəlxalq ictimaiyyətə müraciət edib
- Amerikanın səsi