Accessibility links

İlk dəfə fəzaya insanabənzər robot göndərilib (video)


ABŞ-ın fəza agentliyi ilk dəfə fəzaya insanabənzər robot göndərib.

NASA-nın hazırladığı animasiyada gələcəkdə fəza kəşfiyyat işlərində insanların insanabənzər robotlarla bərabər çalışdıqları nümayiş etdirilir. ABŞ fəza agentliyi bunun gerçəkləşdirilməsinə daha da yaxınlaşıb. Robonavt 2 Beynəlxalq Fəza Stansiyasında ilk insanabənzər robotdur.

R2 ləqəbi verilən Robonavt ötən ildən bəri buradadır. Lakin onun bütün sensor və sistemlərini yoxlamaq bir qədər vaxt alıb. Yerdəki keyfiyyət nəzarəti qrupu və Beynəlxalq Fəza Stansiyasında astronavtlar R2-ni tam nəzərdən keçiriblər. Astronavtlar bu xüsusi ekipaj üzvünün onlarla bərabər çalışacağına çox sevinirlər.

Hal-hazırda dörd Robonavt mövcuddur. Lakin yalnız R2 fəzadadır. Smitsoniyan Fəza muzeyində R2-yə bənzər robotlardan biri ötən il nümayiş etdirilirdi. NASA nümayəndəsi Ron Diftler mühəndislərin Robonavtı yaradarkən insanla ünsiyyəti nəzərə aldıqlarını deyib.

Ron Diftler: “Üzr istəmək kimi sırf insani ünsiyyət forması kimi robotla işin rahatlığı nəzərə alınır.”

Robonavtı General Motor NASA ilə bərabər yaradıb. Mayk Qoza deyir ki, Robotu idarə etmək lazım gəlmir, ona görə ki, o, tele-əməliyyat köməyi ilə tapşırıqları sərbəst yerinə yetirə bilir.

Mayk Qoza: “Mən dəbilqəni başıma geyirəm. Dəbilqənin sol və sağ ekranlarının iki kamera ilə əlaqəsi var. Beləliklə mən robonavtın gördüyünü görə bilirəm.”

Robonavt dəbilqə və əlcəklərinin içində yerləşdirilmiş sensorlar vasitəsilə mühəndisin hərəkətlərini təkrarlaya bilir.

Robonavtın əllərinin forması insan əlinə bənzəyir və o, əllərindən insan kimi istifadə edə bilir. Bu oldiqca mühümdür ona görə ki, fəzada xidmətlər və bu xidmətləri həyata keçirmək üçün alətlər insanın istifadəsi üçün nəzərdə tutulub.

Mayk Qoza: “Biz istəyirik ki, astronavtlar yatarkən Robonavtlar gəmidən fəzaya çıxaraq bütün iş ərazisini hazırlasınlar və astronavtlar fəzaya çıxarkən az müddətdə daha çox iş görə bilsinlər.”

Mühəndislər gələcəkdə Robonavtın eyni zamanda içəridə gündəlik təmir işlərilə məşğul olacaqlarını nəzərdə tutublar.

Robonavt NASA-nın fəzada ilk robotu deyil. Bundan əvvəl Mars planetinə göndərilən Rover aparatı kimi başqa robotlar da olub.

Valeria Nil deyir ki, robotlardan uzun müddət planetlərdə tədqiqatlar üçün istefa olunub. Lakin onlar insanabənzər olmayib və insan kimi hərəkət etməyib. Robonavtları fərqləndirən onların insana bənzəmələri və insan kimi hərəkət edə bilmələridir. Ola bilsin nə vaxtsa Robonavtlar fəzani tədqiq etməyə hazır olacaqlar. Amma hələlik NASA prototip robot-astronavtların potensialını araşdırırlar.

XS
SM
MD
LG