Accessibility links

Amerikanın uşaq xəstəxanalarında VR - virtual oyunlardan istifadə edilməyə başlayıb


Amerikanın uşaq xəstəxanalarında VR - virtual oyunlardan istifadə edilməyə başlayıb
please wait

No media source currently available

0:00 0:02:03 0:00

Virtual reallıq və ya VR yalnız əyləncə mahiyyəti daşımır. Bundan uşaq xəstəxanalarında ən ağır və ən çox ağrısı olan xəstələr üçün istifadə edilməyə başlanılıb. San-Fransisko yaxınlığındakı xəstəxanada VR-dan qulaqlıqların ölçüsünü nəzərə almaqla, 6 və daha yuxarı yaşlı uşaqlar istifadə edir.

Qəza zamanı ayaqları zədələnən 12 yaşlı Teyler Milliken nəinki basketbol oynamağı, gəzməyi belə ağlına gətirə bilməzdi. "Mənə doqquz dəfə əməliyyat olunub" - detə Teyler bildirir.

Qəza baş verərkən avtomobil dönmüş və Teylerin ayağı təkərə ilişmişdi. teylerin anası Emberli Ralls: "Onun ayağı yalnız bir-iki vətərə bağlı qalmışdı. Onun dəhşətli ağrıları var idi`

Ağrılarını azaldacaq belə bir müalicəni Teylerə Stanfordun Lucile Packard Uşaq Xəstəxanasının həkimləri təyin edib. Teyler Milliken: "Bu mənim fikrimi dağıdır, ağrı hiss etmirəm.`

Sem Rodrigez VR-dan bu xəstəxanada uşaqların ağrı hiss etməmələri və narahatlıq keçirməmələri üçün istifadə edildiyini deyir. Xəstələr adətən virtual oyunları cərrahiyyə əməliyyatından, xəstədən qan alınarkən və ya yara üzərində prosedur aparılarkən oynayır. "Biz VR-dan istifadə edən uşaqların tərkibində narkotik maddələr olan ağrıkəsicilərdən və benzodiazepinlərdən istifadəsinə gərək qalmadığının şahidi olduq.`

Bu VR-lar Luk Vilsonun "Mighty Immersion" kimi virtual oyunlarından fərqlidir. Şirkət xəstəxanalarla bir yerdə çalışaraq, bu VR oyunları xəstələr üçün inkişaf etdirir. Luk Vilson: "Siz oyunu xəstənin başının hərəkəti ilə və bunu uzanmış və oturan vəziyyətlərdə düzgün idarə etdiyinə əmin olmalıyıq.`

VR oyunları eləcə də xəstənin narahatedici prosedurları görməməsi üçün münasibdir. Bu oyunlar uzun sürdüyü üçün prosedur tamam olana qədər xəstə bu oyunlarla oynaya bilir.

Yəni bu oyunlardan istifadə bir çox xəstənin ağrıkəsicilərdən daha az istifadə etməsi, hətta kiçik əməliyyatların narkozsuz həyata keçirilməsində xəstəxanalara yardım edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG