Accessibility links

Olimpiadada dünya rekordları yenilənir


ABŞ-ı təmsil edən 27 yaşlı Maykl Felps yeni rekordlar əldə edə bilər

2012-ci London Olimpiadasının dördüncü günü ABŞ üzgüçüsü Maykl Felps yenidən Olimpiya tarixinə düşə bilər.

Əgər o, 200 metrlik baterflay üzgüçülüyündə qızıl medal qazansa, 27 yaşlı Felps ilk dəfə Olimpiya tarixində ardıcıl olaraq üzgüçülüyün 3 növü üzrə qızıl medala sahib ola bilər. Bununla yanaşı o, karyerasında 18 medal qazanmaqla Sovet gimnastı Larisa Latininaya yaxınlaşmış ola bilər.
O və onun komanda yoldaşları günün sonunda keçiriləcək 4X200 metrlik sərbəst üzgüçülükdə qalib gəldikləri təqdirdə rekordu yeniləyə bilərlər.

Qadınlar tərəfdən isə yeniyetmələr arasında sensasiya doğuran Çin idmançısı Ye Şiven və ABŞ atleti Missy Franklinin 2012-ci Olimpiyadada ikinci qızıl medala sahib olmaq üçün mübarizə aparacaq.

Bazar ertəsi Franklin 100 metrlik sərbəst növ üzrə qızıl medala sahib olarkən, Ye 400 metrlik qarışıq növ üzrə dünya rekordunu yeniləyib.

Üç günlük mübarizədən sonar Çin və ABŞ 17 medal, Yaponiya 11, İtaliya 8, Fransa 7 medal qazanıb.
XS
SM
MD
LG