Accessibility links

Londonda "Afrika Moda Həftəsi" keçirilib [Video]


Londonda "Afrika Moda Həftəsi" keçirilib
please wait

No media source currently available

0:00 0:02:26 0:00

Gənc dizaynerlər Londonda moda həvəskarları və sənaye mütəxəssislərinin iştirak etdiyi “Afrika Moda Həftəsi”nə Afrikanın rəngarəng və etnik geyimlərini gətirib.

Afrikalı dizaynerlər bu yaxınlarda Londonda keçirilən moda həftəsində gözqamaşdırıcı rənglərdən tutmuş valehedici motivlərə qədər yaratdıqları geyimləri nümayiş etdiriblər. Dizayner Samson Soboye: “Bu il biz bütün Afrika ölkələri arasında 7 ölkədən 50-dən çox dizaynerin işini seçdik. Onlar bu il Londonun “Covent Garden”də keçirilən şouya Afrikanın rənglərini və brendlərini gətirdi.”

Afrika dizaynerlərinin çoxu dizaynlarında öz dəbləri və mədəniyyətlərini nümayiş etdirməkdən çəkinmir. Bu onların geyimlərinə unikal görkəm verir. Dizayner Corc Adeseqon özünün qadın kolleksiyasında Nigeriya-Britaniya irsini nümayiş etdirib. “Mənim kolleksiyam sadə stilin inkişaf etdirilməsidir və bunun əsasında əsalində elə Afrika motivləri durur. Bu motivlər mənim keçmişimi, mənim estetik baxışlarımı əks etdirir. Mən bu elementləri işimə gətirməyə çalışıram. Bu, əslində mənim kimliyimdir, mən Britaniyada doğulmuşam, amma Nigeriyada boya-başa çatmışam.”

Sadə Afrika stilində geyim kolleksiyalarının ilham mənbəyi Afrika ölkələrinin çoxəsrlik gizli "Nsibidi" rəmzləridir.

Bu rəngarəngliklər arasında bir dizaynerin nümayiş etdirdiyi kolleksiyada yalnız boz rəngdən istifadə edilib. O öz kolleksiyasını işlənmiş parçalardan istifadə etməklə yaradıb. Leona Qrin: “Mən nə etdim, mən parçaları xeyriyyə və ikinci əl geyim mağazalarından aldım. Bundan sonra həmin ipək və pambıq parçalarıdan geyimləri Qananın “Kente” geyimləri əsasında hazırladım.”

Mükafata layıq görülmüş dizayner gördüyü kolleksiyalardan ilham aldığını deyir. Mari Martin: “Buraya gətirilən müxtəlif dizaynlar mənə ilham verir. Bu, bu gün dəbdə olan dizayner Seqaponun “Paledi” üslubu da ola bilər. Mən burada əvvələr görmədiyim üslublar görürəm ki, bu da məni cəlb edir.”

Artıq “Afrika Moda Həftəsi” Londonda 7-ci ildir keçirilir. Tədbirin təşkilatçısı Afrikada moda sənayesinin 31 milyard dollar təşkil etdiyini deyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG