Accessibility links

London hücumunun video görüntüləri yayılıb


Ötən həftə London Körpüsündə baş verən terror hücumundan sonra polisin terrorçuları gülllələyərək öldürməsindən öncə və sonrakı anların video görüntüləri yayılıb.

Sosial mediada yayılan təhlükəsizlik kamerlarına çəkilən görüntülərdə polisin Borough Marketdə hücumun baş verdiyi yerə doğru getdiyi və hücumçulara atəş açdığı göstərilir. Daha sonra isə hadisə yerinə bir qrup polis daha gəlir.

Əlavə videolar çəkən fotoqraf Qabriel Siotto hücumunun baş verdiyi yerdə çəkdiyi şəkilləri də paylaşıb.

Polis səkkiz polis zabitinin 50 dəfə atəş açaraq, üç hücumçunu öldürdüyünü bildirib.

Şənbə günü üç islamçı militantın maşını London Körpüsündəki piyadaların üstünə sürüb, daha sonra yaxınlıqdakı bar və restoranlardakı insanlara bıçaqla hücum etməsindən sonra 8 nəfər həyatını itirib, 50 nəfər yaralanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG