Accessibility links

Londonda piyadaların üzərinə maşın sürülüb


London polisi şənbə günü Təbiət Tarixi Muzeyi yaxınlığında baş verən maşın qəzasında 11 piyadanın xəsarət aldığını bildirib. Onlardan 9-u xəstəxanaya yerləşdirilib.

Polis hadisənin terror aktı olduğunu bildirib. Daha öncə isə onlar insidenti terror olaraq qiymətləndirmədiklərini bildirmişdi.

Polisin dediyinə görə, insidentlə əlaqəli olaraq bir nəfər həbs edilib, hadisənin səbəbləri isə araşdırılır.

Britaniya mətbuatı maşını Londonun qərbində Cənubi Kensinqton ərazisində populyar tursit məkanı olan muzeyin yanındakı səkiyə sürən insanın həbs edildiyini bildirib.

Muzey Twitter hesabında insidenti təsdiq edib və polislə işlədiyini vurğlayıb.

Britaniya bu il ölkədə baş verən beş ölümcül hücumdan sonra təhlükəsizlik səviyyəsini ikinci ən yüksək səviyyəyə qaldırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG