Accessibility links

Londonda güclü yanğın yaşayış binasını məhv edib [Video]


London polisi çərşənbə günü səhər böyük yaşayış binasında baş vermiş yanğın nəticəsində 12 nəfərin öldüyünü təsdiq edib. Ölənlərin sayının artacağı ehtimal edilir.

Şəhərin Şimali Kensinqton ərazisində 24 mərtəbəli binadakı yanğına 40 yanğınsöndürən maşın və 200-dən çox yanğınsöndürən cəlb edilib.

Yanğın yerli vaxtla gecə saat 1:00 radələrində başlayıb və sürətlə bütün binanı əhatə edib.

London Yanğın Komissarı Deni Kotton yanğının səbəblərinin naməlum olduğunu bildirir.

70-dən artıq şəxs müxtəlif xəsarətlər və zəhərlənmə ilə xəstəxanalara çatdırılıb.

BBC-nin daha öncə verdiyi məlumata görə, rəsmilər binanın aşmasından narahat idilər. Amma London Yanğın Briqadası ilkin müşahidələrin yanğınsöndürənlərin işlərini davam edə biləcəklərini göstərdiyi bildirib.

Yanğının baş verdiyi Qrenfel Tauver müxtəlif millətli yaşayış binasıdır. Rəsmilər bildirirlər ki, yanğın baş verən an 120 mənzilli binada 600-ə yaxın insan olub.

Aşağı mərtəbələrdə yaşayanlar pəncərələrdən atılıb.

Britaniyanın baş naziri Tereza mey hadisə ilə bağlı təcili toplantı keçirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG