London polisi bu gün bir nəfərin avtomobili Britaniya Parlamentinin Palataları qarşısındakı sədlərə çırpmazdan əvvəl bir qrup piyadanın və velosipedçilərin üzərinə sürdüyünü və yaralananların olduğunu bildirib.
İki nəfərın xəstəxanaya aparıldığı və vəziyyətlərinin sabit olduğu deyilib.
Polis avtomobildəki 20 yaşlarındakı şəxsin terrorist şübhəlisi olaraq həbs edildiyini, avtomobildə digər şəxsin və silahın olmadığını deyib.
Hadisənin baş verdiyi ərazi və parlamentin yaxınlığındakı metro stansiyası bağlanıb. Hazırda parlament tətildədir.
Keçən il də bir hücumçu maşınını Vestminster Körpüsündəkı piyadaların üzərinə sürmüş, bunun ardınca o, maşından enib, Parlament binası yaxınlığındakı təhlükəsizlik işçisini bıçaqlayaraq öldürüb. Hücumçu başqa bir polis zabiti tərəfindən güllələnərək öldürülüb.