Accessibility links

Londonun Hitrou hava limanında uçuşlar bərpa olunub


Londonun Hitrou hava limanının rəsmiləri çərşənbə axşamı günortadan sonra hava limanı ərazisində dronların görünməsi səbəbilə təxirə salınmış uçuşların bərpa olunduğunu bildirib.

Bir neçə həftə öncə Londonun Qatvik hava limanının üç gün ardıcıl olaraq dronların görünməsi səbəbilə bağlandıqdan bir neçə həftə sonra İngiltərənin ən işlək hava limanında da uçuşlar təxirə salınmışdı.

Hitrou hava limanının rəsmiləri bu ayın əvvəlində səlahiyyətli şəxslərə dronların yaratdığı təhlükənin qarşısını almaq üçün texnologiya variantlarını araşdırdıqlarını bildirib.

Britaniya ordusu dekabr ayında uçuşların bərpa edilməsi məqsədilə Qatvik hava limanı ərazisini mühafizə etmək üçün naməlum hərbi texnologiyadan istifadə edib.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG