Accessibility links

Los Anjeles hava limanındakı atışma ilə bağlı istintaq aparılır


Los Anjeles hava limanındakı atışma ilə bağlı istintaq aparılır.

Dünən yarı-avtomat tüfənglə silahlanmış şəxs Los Anjeles Beynəlxalq hava limanında atəş açaraq ABŞ Nəqliyyat Təhlükəsizliyi Administrasiyasının (TSA) bir zabitini öldürüb, iki nəfəri yaralayıb.

Atışma zamanı polis şübhəlini yaralayaraq ələ keçirib. Polis şübhəlinin 23 yaşlı Pol Antoni Kiancia adlı Los Anjeles sakini olduğunu deyir. Onun üzərindən aşkar edilən ədəbiyyat anti-hökumət sentimentlər əks etdirir.

Polisin dediyinə görə, şübhəli əlində "TSA-i öldür" yazılmış qeyd gəzdirirdi.

Rəsmilər hücumdan əvvəl silahlı şəxsin qohumlarına yaxın zamanda ölməyə hazırlaşdığı barədə mesaj göndərdiyini bildirir. Onun təkbaşına hərəkət etdiyi deyilir.

Səlahiyyətli nümayəndələr hücumun motivi kimi terroru istisna etmir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG