Accessibility links

Luiziana ştatında xilasetmə işləri davam edir


Son bir neçə gün ərzində Birləşmiş Ştatların Luiziana ştatındakı sellər səbəbindən 11 nəfər ölüb, 40 mindən çox ev ya tamamilə dağılıb, ya da xəsarət alıb.

Federal Hallar rəsmiləri, xilasedicilər və könüllülər fəlakətin baş verdiyi yerdə olub. Luiziana ştatı 10 il əvvəl Katrina qasırğasının sıradan çıxardığı Nyu-Orlean şəhərini yenicə bərpa etmişdi.

Bu dəfə isə zərbə ştatın Baton-Ruj şəhərinə dəyib.

Luiziana ştatının cənub bölgəsi sakinləri nə vaxtsa burada sel olduğunu xatırlamır. İcma liderləri insanları səbr göstərməyə, dözümlülüyə çağırır.

Cümə günündən bəri bölgədə 30 mindən çox insan xilas edilib və xilasetmə işləri hələ də davam edir.

XS
SM
MD
LG