Accessibility links

Mühacir qadınlar Silikon Vadisini fəth etməkdə israrlıdır


Mühacir qadınlar Silikon Vadisini fəth etməkdə israrlıdır
please wait

No media source currently available

0:00 0:03:14 0:00

Puşpa İthal tipik Silikon Vadisi CEO-su stereotipinə uyğun gəlməyə bilər – O qadındır, xaricdə doğulub və anadır. Buna baxmayaraq, o Silikon Vadisində uğur əldə etməyə davam edən xarici ölkədə dünyaya gəlmiş çoxsayı qadınlarda biridir. Texnologiya şirkətləri getdikcə onun kimi işçilərə daha çox arxalanırlar.

Puşpa İthal: “Silikon Vadisi milyonlarla, yüz milonlarla insanların istifadə etdiyi məhsulların hazırlanması ilə bütün dünyada tanınır.”

Yüksək texnoloji innovasiyaların qlobal mərkəzi kimi tanınan Silikon Vadisinin adına Mühacirlər Vadisi də demək olar. Bura xaricdə dünyaya gəlmiş insanlarla doludur və onların çoxu sadə ailələrdən gəlir. Onlar gəldikləri yerə çatmaq üçün o qədər çox çalışıblar ki, iddiaları gündəlik vəzifələrindən daha böyükdür.

Puşpa İthal: “Müəyyən vaxtdan sonra özümə sual verdim. Sən risk edib, startapa keçmək istəyərsənmi? Bu boyda yol qət etmişəm, gəl risk edim. İrəli aparan budur.”

Birləşmiş Ştatlarda xaricdə doğulmuş insanlar kompüter elmi işlərində əmək qüvvəsinin 70 faizini təşkil edir. Bu, xüsusən də qadınlara aiddir. Kompüter və riyaziyyat sahərində işləyən qadınların 80 faizi xaricdə dünyaya gəlib. Əksəriyyəti Hindistandan, ya da Çindəndir.

Anna Li Saksenian, Berkli İnformasiya Məktəbinin dekanı: “Çin və ya Hindistan kimi qadınların daha çox xidmət sahələrində çalışdığı ölkələrdən olan qadınlara Silikon Vadisi karyera yolu təklif edir. Mühəndislik həmin karyera yollarından biridir.”

Texnologiya sənayesində kişilərin hələ də böyük üstünlük təşkil etməsinə baxmayaraq, getdikcə daha çox xaricdə doğulmuş qadın uğur və sürətli irəliləyiş nümayiş etdirir. Çində dünyaya gəlmiş Linqlinq Şi texnologiya sahəsində təhsili ABŞ-da uğur qazanmaq üçün bilet kimi görürdü.

Linqlinq Şi: “Kompüter elmi əksəriyyətimiz üçün ABŞ-da yaşamaq icazəsi almağı daha asan edir. Amma açığı, bu mənim əsas marağım deyil.”

Xaricdə dünyaya gəlmiş qadınları amerikalı həmkarlarından fərqləndirən xüsusiyyətlərdən biri də ailə həyatıdır. Tələbkar iş qrafikinə baxmayaraq, onların evli və ana olma ehtimalları daha çoxdur.

Linqlinq Şi: “Düşünürəm ki, çinlilər üçün ailə ən vacibdir. Nə qədər uğurlu olmağına baxmayaraq, yaxınların ailən olmamasını qəbul edə bilmir. Mənim valideynlərim kimi. Deyəcəklər ki, nə olsun ki, vitse-prezidentsən, uşaqların ki, yoxdur.”

Anna Li Saksenian: “Hindistandan və Çindən olan qadınlardan müəyyən gözləntilər var. Bu mədəniyyətlə bağlıdır. Onlardan gözlənilir ki, ilk ailə qursunlar, sonra da karyeralarında irəliləsinlər. Bu cür vəzifələri yerinə yetirdikləri üçün onlar həqiqətən superqadınlardır.”

Lakin təzyiq göstərən valideynlərin müsbət tərəfi də var.

Linqlinq Şi: “Asiya ailəsi üçün məxsusi olan hal odur ki, sən uşaq dünyaya gətirəndə onlar sənin yanında olacaq, yarım il, bir il sənə yardım göstərəcəklər.”

Bu cür dəstək əhəmiyyətli fərq edə bilər.

Reyçel Massaro, Silikon Vadisi Regional Tətqiqatlar İnstitutu: “Məhz bu cür dəstəyə görə həmin qadınlar amerikalı həmkarlarından daha tez rəhbər vəzifələrə qalxa bilirlər.”

Onların üzləri hələlik nəhəng biznes jurnallarının üz qabığında olmaya bilər. Amma bu qadınlar texnoloji innovasiya sahəsində istedadların yeni dalğasını təşkil edir.

XS
SM
MD
LG