Accessibility links

Amerika dəyərləri mühacir rəssamların əsərlərində


Amerika dəyərləri mühacir rəssamların əsərlərində
please wait

No media source currently available

0:00 0:03:44 0:00

Vaşinqtonda üç yüz yerli sənətkar Amerikanın dəyərlərini əyani sənət bacarıqlarından istifadə edərək göstərmək üçün bir araya gəlib. Mühacirlik hekayələri ilə yaradılan bu əsərlər, ABŞ-dakı müxtəlifliyin gücünü vizual olaraq göstərir.

BlackRock incəsənət mərkəzindəki qalereyanın içərisində tikilmiş bu böyük ev 300 rəssamın yaratdığı 300 panellə örtülüb. Hər bir panel ABŞ-a könüllü və ya məcburi səfər edən rəssamların əcdadlarına həsr olunub.
"Əcdadları 1620-ci ildə Massaçusetsə gəlmiş Meyflouerlərə gedib çıxan 6 rəssamımız var. Avropa, Asiya, Cənubi Amerikadan olan əsas mühacir dalğalasından tutmuş Yaxın Şərqdən bir-iki il öncə gəlmiş mühacirlərə qədər hamını əhatə edir.", One House layihəsinin həmtəsisçisi Elin Veys.
One House layihəsinin həmtəsisçisi Elin Veys öz əsərini 1900-cu ildə Rumıniyada dini təqiblərdən qaçan babasına həsr edib. O, Filadelfiyada biznes mülkünü satın alıb.
"Filadelfiya tarix cəmiyyəti onun binasının kölələrin vətəndaş müharibəsindən əvvəl cənubdan qaçmasına kömək etmək üçün istifadə edilən Yeraltı Demiryolunda dayanacaq olduğunu təsdiqləyib. Və mən düşündüm ki, bu, hamımızın bu ölkədə bir -birimizlə necə bağlı olduğumuz haqda gözəl bir hekayədir.", One House layihəsinin həmtəsisçisi Elin Veys.
The One House layihəsi Vaşinqton ərazisində yaşayan sənətçilər qrupu ArtWatch-un bir qoludur.
"Biz bu layihəni Amerikanın dəyərləri və prinsipləri olan demokratiya, inteqrasiya, birlik və tolerantlığı dəstəkləmək məqsədilə bizim sənət qabiliyyətlərimizdən istifadə edilən layihələrin hazırlanması üçün iki il bundan əvvəl yaratmışıq. Bu indiyədək qədər bizim ən böyük layihəmizdir.", One House layihəsinin həmtəsisçisi Elin Veys.
Rəssamların ailələri dünyanın hər yerindən gəlib.
"Biz dünyanın hər yerindən zülmdən və yoxsulluqdan qaçaraq, daha yaxşı həyat məqsədilə ABŞ-a gələn çox geniş bir təbəqəni təmsil edirik. Və bunlar hələ də mühacirətə stimul verən elementlərdir. B,u heç vaxt dəyişməyib.", One House layihəsinin həmtəsisçisi Elin Veys.
Burada həmçinin avropalıların qitəyə gəlməsindən əvvəl burada yaşamış yerli amerikalı əcdadları olan rəssamların yaratdığı rəsm əsərləri də var.

Başqaları ilə quldarlıq dövrünün hekayələrindən bəhs edir.
"Mən Afrikanın bir hissəsini çəkdim, çünki müəyyən hissələr və sektorlar deyil, haradan gəldiyimizi göstərmək istədim. Amerika Birləşmiş Ştatlarının və Şimali Karolinanın da bir hissəsini çəkdim, çünki bunu da az da olsa izləyə bimişəm. Biz buraya məcburi şəkildə gətirilmiş olsaq da, ümid edirdik və imkanlara inanırıq.", Şante Ballok.
Kyujin Li Cənubi Koreyadan Amerikaya gəlməsini təsvir edib.
"Mən bunu təsvir etmək üçün saplarla tikən və iplərlə toxuyan bir cüt əlin görünüşündən istifadə edərək, qarışıq iplərlə bu ölkəyə gəlmək üçün ayrılığı, ipləri açmaqla isə yeni ölkəyə uyğunlaşmanı göstərmək istəmişəm.", Kyujin Li.
Sərgidə həmçinin mühacirlərin hekayələrini çatdırmaq üçün audio və video nümunələrindən də istifadə edilir.
"The one house layihəsi bizim bu ölkəyə bütün dünyadan gəldiyimizi, lakin bir-birimizi dəstəklədiyimizi və müxtəlifliyin bizim gücümüz olduğunau göstərən olduqca güclü vizual bir sübütdur. ", One House layihəsinin həmtəsisçisi Elin Veys.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG