Accessibility links

Mülki əhalinin İŞİD-in nəzarətindəki ərazidən çıxarılması səyləri bərpa edilib


Suriyanın şərqində İslam Dövləti qrupunun nəzarətində olan ərazidən yüzlərlə insanın çıxarılması üçün bögəyə yük maşınlarının gəldiyi bildirilir. Bu, Fərat çayı sahilində İŞİD-in son istinadgahı olan kiçik ərazidə ilişib qalmış insanların təxliyə edilməsi istiqamətində son səylərə işarə edir.

ABŞ-ın İŞİD-ə qarşı mübarizədə dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin sözçüsü bildirib ki, esktremistlər təslim olmadığı halda onların ərazidən çıxarılması üçün hərbi əməliyyat başlanacaq.

Mustafa Balinin bildirdiyinə əsasən, belə bir əməliyyat mülki vətəndaşların təxliyə edilməsindən sonra keçirilə bilər. O, İŞİD-in son istinadgahında təxminən 300 militantın olduğunu bildrib.

ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin döyüşçüləri İŞİD-in son istehkamı olan Bağuz kəndi ətrafında mövqe tutub,18 fevral, 2019.
ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin döyüşçüləri İŞİD-in son istehkamı olan Bağuz kəndi ətrafında mövqe tutub,18 fevral, 2019.

Bir zamanlar Suriya və İraqda geniş ərazilərə nəzarət edən İslam Dövləti qrupu hazırda Suriyanın şərqindəki kiçik bir əraziyə sıxışdırılıb.

Suriya Demokratik Qüvvələri bildirib ki, ekstremistlər kənddə mülki vətəndaşlar arasında gizlənir və ərazidəki mağaralar və tunnellərdən istifadə edir.

“Biz mülki vətəndaşları militantlardan ayırmaq, ya da onları təxliyə etmək və bundan sonra ərazidə reyd keçirmək üzərində işləyirik”, Mustafa Bali bildirib.

Mülki əhali İŞİD-in nəzarətində olan Bağuz kəndini tərk edir,12 feral, 2019.
Mülki əhali İŞİD-in nəzarətində olan Bağuz kəndini tərk edir,12 feral, 2019.

Suriya Demokratik Qüvvələrinin komandiri Zana Əhməd deyib ki, onun qrupu ərazidə qalan militantlara son dəfə xəbərdarlıq edib. O, Twitter sosial şəbəkəsindəki mesajında yazıb ki, militantların çoxu ya ağır yaralıdır, ya da xəstədir.

Britaniya mənzillənən Suriyada İnsan Haqlarını Müşahidə qrupunun bildirdiyinə görə, İŞİD-in son istehkamı ətrafındakı ərazidən mülki vətəndaşların çıxarılması üçün koalisiyanın təxminən 50 yük maşını gətirilib.

Suriya və ya İraqda İŞİD-in nəzarət etdiyi ərazidə sonuncu istehkamın ələ keçirilməsi ekstremist qrupun elan etdiyi xilafətin süqutu məqsədilə başladılmış dörd illik qlobal kampaniyanın sonu demək olacaq. 2014-cü ildə gücləndiyi zaman İŞİD hər iki ölkədə ərazilərin üçdə bir hissəsinin nəzarətini ələ almışdı.

XS
SM
MD
LG