Accessibility links

Müxalifət fəalı ev dustaqlığına buraxılmayıb


Azad Həsənov (Foto Ramin Dekonundur)

Dekabrın 26-da Bakının Xətai Rayon Məhkəməsi Müsavat Partiyasının fəalı Azad Həsənovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin etyməyib.

Bu barədə vəkil Osman Kazımov bildirib.

Müdafiə tərəfi məhkəmənin qərarını əsassız hesab edir və apellyasiya şikayəti verəcəyini bildirib.

Vəkilin sözlərinə görə, təcridxanada Azad Həsənovun hüquqları pozulur, ona doğmaları ilə görüş verilmir.

Osman Kazımov bildirib ki, müdafiə tərəfi Avropa İnsan Hüquqları Məhkəməsinə Həsənovun qanunsuz həbsi və təcridxanada hüquqlarının pozulması ilə bağlı şikayət göndərəcək.

Azad Həsənov 2014-cü ildən siyasi mühacirətdədir. Oktyabrın 10-da xəstə olan atasına baş çəkmək üçün Bakıya gəlib və növbəti gün saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (külli miqdarda qanunsuz narkotik maddənin dövriyyəsi) ilə cinayət işi açılıb.

Oktyabrın 12-də məhkəmə onun barəsində 4 ay həbs qətimkan tədbiri seçib. Müsavat Partiyası Həsənovun siyasi motivlərlə təqib olunduğunu bildirib.

Hüquq müdafiəçiləri Azad Həsənovu siyasi məhbus kimi tanıyıb.

XS
SM
MD
LG