Accessibility links

Məhkəmə azyaşlı qıza təcavüz edən şəxsi həbsdə saxlayıb


Məhkəmə
Məhkəmə

Bu gün, oktyabrın 28-i Bakı Apellyasiya Məhkəməsində azyaşlı qıza qarşı təcavüzdə təqsirləndirilən Əsgər Ağazadənin məhkəmə prosesi keçirilib. İttiham olunan şəxsin vəkilləri onun barəsində seçilmiş 4 ay həbs qətimkan tədbirinin dəyişdirlməsini və həmçinin də ev dustaqlığına buraxılmasını istəyib.

Zərərçəkmişin vəkili Zibeydə Sadıqova bildirib ki, hakim qarşı tərəfin vəkillərinin gətirdiyi arqumentlərlə razılaşmayıb.

“Hakim hesab elədi ki, Əsgər Ağazadə bu müddətdə barəsində digər qətimkan tədbirinin seçilməsi üçün heç bir əsas yoxdur. Həbs qətimkan tədbiri qüvvədə qaldı,” vəkil qeyd edib.

Əsgər Ağazadənin vəkilləri onu təqsirli bilməyib.

Oktyabrın 12-də yazar Zümrüd Yağmur mətbuat konfransı keçirərək azyaşlı qızının 1 il əvvəl cinsi zorakılığa məruz qaldığını açıqlayıb. Yazarın sözlərinə görə, ekspertiza rəylərində qızının paltarındakı biomaterialların Əsgər Ağayevə məxsus olduğu göstərilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 149-cu (zorlama) maddəsilə cinayət işi başlanıb. Ancaq Yasamal Rayon Prokurorluğu Əsgər Ağayevin məsuliyyətə cəlb edilməsilə bağlı yetərli dəlillərin olmadığını bildirərək cinayət işi üzrə icraata 2 dəfə xitam verib.

Cinsi zorakılıq törətdiyi iddia edilən Əsgər Ağazadə bu il oktyabrın 19-da şübhəli şəxs qismində saxlanılıb barəsində 4 ay qətimkan tədbiri seçilib.

XS
SM
MD
LG