Accessibility links

Məhkəmə generalı 10 il həbsə məhkum edib


Rövşən Əkbərov
Rövşən Əkbərov

Bu gün, oktyabrın 27-də Bakı Hərbi Məhkəməsi hakim Həbib Həsənovun sədrliyi ilə Azərbaycan Müdafiə Nazirliyinin sabiq korpus komandiri, general-leytenant Rövşən Əkbərovu 10 il həbsə məhkum edib.

Hökmə əsasən Əkbərov ittiham olunduğu Cinayət Məcəlləsinin 12.1, 221.3-cü (xuliqanlıq) maddəsi ittihamdan xaric edilib.

Zərərçəkmiş tərəfin mülki iddiası qismən təmin olunub. Belə ki, məhkəmə tərəfindən Rövşən Əkbərovdan 40 min 10 manat pulun tutularaq zərərçəkmişin hüquqi varisi Fəday Əliyevə verilməsi barədə qərar çıxarılıb.

Məhkəmə Əkbərovun hərbi rütbəsini və fəxri adlarının alınmasını zəruri hesab etməyib, buna səbəb kimi işdə hərbi rütbənin alınması ilə bağlı təqdimatın olmaması göstərilib.

2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kyivdə biznesmen Elçin Əliyev bıçaqla qətlə yetirilib. Şahidlərdən biri və mərhumun anası qatilin Rövşən Əkbərov olduğunu deyib.

20 il sonra Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilib, 2021-ci il martın 16-da barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

56 yaşlı Əkbərov 2002-ci ildən general-leytenantdır. O, 2011-ci ilin fevralında Ordu korpusunun komandiri təyin edilib. 2020-ci ildə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.

1994-cü ilin oktyabrında prezidentin sərəncamı ilə ona Milli Qəhrəman adı verilib.

XS
SM
MD
LG