Accessibility links

Məhkəmə yenə də Əli Kərimlinin mühafizəçisini ev dustaqlığına buraxmadı


Məhkəmə yenə də Əli Kərimlinin mühafizəçisini ev dustaqlığına buraxmadı
please wait

No media source currently available

0:00 0:03:00 0:00

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin mühafizəçisi Niyaməddin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bugünkü məhkəmə prosesində vəkil Zibeydə Sadıqova deyib ki, məhkəmədə vəsatət qaldırıb.

Onun sözlərinə görə, hüquqlarını müdafiə etdiyi Niyaməddin Əhmədovun ev dustaqlığına buraxılması üçün verdiyi vəsatət təmin olunmayıb.

Vəkil bildirib ki, bundan öncə verilən vəsatətlər gələn məhkəmə prosesində müzakirə ediləcək.

Zibeydə Sadıqova qeyd edir ki, məhkəmə Niyaməddin Əhmədova telefon danışığına qadağa olmadığını bildirsə də, cəzaçəkmə müəssisəsində ona ailə üzvləri ilə telefonla danışmağına icazə verilmir.

Öz növbəsində AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn məhkəmədən sonra jurnalistlərə açıqlamasında deyib ki, Niyaməddin Əhmədov Əli Kərimlinin mühafizəçisi olduğuna görə həbs edilib.

Növbəti məhkəmə prosesi avqustun 27-nə təyin edilib.

məhkəmə
məhkəmə

İttiham sübut edilərsə Əhmədovu 10 ildən 14 ilədək həbs cəzası gözləyir.

Aprelin 16-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Niyaməddin Əhmədov Xətai Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 211-ci (karantin qaydalarını pozma) və 535-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri üzrə inzibati qaydada 30 sutka müddətinə həbs olunub.

Azərbaycan Xalq Cəbhəsi Partiyası aprelin 28-də (AXCP) bu partiyanın sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədovun işgəncəyə məruz qaldığını bildirib.

AXCP-nin məlumatına görə, aprelin 16-da inzibati qaydada həbs olunan Əhmədov aprelin 28-də səhər saat 11 radələrində saxlanıldığı Daxili İşlər Nazirliyinin (DİN) İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsindən başına torba salınaraq naməlum ünvana aparılıb.

"Niyaməddin Əhmədov özü yaxınlarına məlumat ötürüb ki, onu harasa aparıb küçə söyüşləri ilə müşayiət olunan işgəncələrə məruz qoyublar. Ondan tələb olunub ki, Əli Kərimlidən pul aldığı haqda ifadə versin. Təxminən saat 23-də istədiklərinə nail olmadıqlarını görüb onu Saxlanma Məntəqəsinə qaytarıblar. Hazırda təkadamlıq kamerada saxlanılır," AXCP-nin aprelin 29-da yaydığı məlumatda deyilir.

Öz növbəsində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov AXCP-nin məlumatında deyilənləri təkzib edib. Onun sözlərinə görə, məlumat "uydurma xarakterlidir".

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG