Accessibility links

Məhkəmə binası qarşısında saxlanılanlardan birinə həbs verilib


Yanvarın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsinin binası qarşısında saxlanılan üç gəndən birinə, İslam İslamzadəyə bu gün məhkəmə 10 sutka inzibati həbs verib. Nicat Pənahlı ("Xalq Cəbhəsi Partiyasının qanunsuz maliyyələşdirilməsi haqqında" cinayət işi üzrə məhbus Vidadi Rüstəmlinin qaynıdır) yanvarın 31-də azad buraxılıb. Vüqar Novruzovun taleyi isə hələ də məlum deyil. Bu barədə AXCP-dən Amerikanın Səsinə bildiriblər.

Bu insanlar "Xalq Cəbhəsi Partiyasının qanunsuz maliyyələşdirilməsi haqqında" cinayət işi üzrə prosesdə iştirak üçün məhkəmə binasının qarşısına gəlmişdilər.

Ümumilikdə 7 nəfər saxlanılıb, dördü sonradan sərbəst buraxılıb.

Polis saxlanılnalarla bağlı hələ məlumat yaymayıb.

Qeyd edək ki, qanunvericiliyə əsasən, saxlanıldıqdan dərhal sonra şəxsə doğmalarına saxlanıldığı haqqında məlumat vermək və istədiyi vəkili dəvət etmək üçün imkan verilməlidir.

Bu iş üzrə məhkəmə iclasları zamanı müxalifətçilər və təqsirləndirilən şəxslərin qohumları bir neçə dəfə saxlanılıb. Artıq 10-dan çox insan inzibati həbsə və cəriməyə məruz qoyulub.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG