Accessibility links

Məkkədə sağlamlıq təhlükəsi yoxdur


Məkkədə sağlamlıq təhlükəsi yoxdur
please wait

No media source currently available

0:00 0:02:07 0:00

Həcc ziyarəti avqustun 19-da başlayıb. 2 milyona yaxın zəvvar bu il Səudiyyə Ərəbistanının Məkkə şəhərinə toplaşıb. Müsəlmanlar həyatlarında heç olmasa bir dəfə Həcc ziyarətinə çıxmalıdır. Lakin bu, çoxsayılı insanın bir yerə toplaşdığı üçün səhiyyə problem ilə müşayiət edilir.

"Spesifik xəstəliklər və ya kiməsə vaksin vurulmadığı aşkar edildikdə, gördüyümüz ilk iş onların vaksinlərlə təmin edilməsidir"- deyə səhiyyə naziri Tofiq Əl-Rəbiyə bildirib.

Səudiyyə Ərəbistanının səhiyyə naziri 25 xəstəxanada 30 min səhiyyə işçisinin çalışdığını və vaksinasiyadan tutmuş açıq ürən cərrəhiyyə əməliyyatlarının pulsuz həyata keçirildiyini deyib.

"Biz ölkəyə daxil olanların xəstə olmadığından əmin olmalıyıq. Belə bir hal olduqda həmin insanları sağalıb ölkələrinə qayıdanadək nəzarətdə saxlayırıq."

Bazar günü Səudiyyə Ərəbəsitanına çatan zəvvarlar şiddətli qasırğa ilə üzləşib. Onların bəzilərinə müvəqqəti çadırlarda sığınacaq verilib. Mülki müdafiə rəsmiləri mümkün daşqınlar barədə xəbərdarlıq yayıb.

Lakin havaların düzəlmasi ilə mərasimlər bərpa edilib.

"İlk dəfə Ümra üçün buraya 27 yaşında gəlmişdm. İndi isə 65 yaşım var. Allah mənə həyatımın sonuna doğru belə bir nəhəng imkan bəxş etdi. Buraya Allahın izni ilə gəlmişəm. Bu, böyük səadətdir. Amma ən vacibi Allahın mənim Həccimi qəbul etməsidir" – deyə, zəvvar Adel Kamal bildirib.

Həcc dünyanın ən böyük tədbirlərindən biridir. Bu, Səudiyyə Ərəbistanı üçün logistic problemlər də yaradır. Son 3 il ərzində ölümlə nəticələnən basırıqlar, qiyam və yanğınlar qeydə alınıb.

Rəsmilər zəvvarların təhlükəsizliyi tədbirlərinə bir ay əvvəldən başlayıb. Həcc ziyarəti avqustun 24-də başa çatır.

XS
SM
MD
LG