Accessibility links

Mənbicdə intiharçı bomba hücumunda ABŞ-ın dörd əsgəri həlak olub


Journalist are seen inside a vast thermal tank to store hot water in Berlin, Germany. Power provider Vattenfall unveiled a new facility that turns solar and wind energy into heat, which can be stored in a vast thermal tank and released into the capital's grid as needed, smoothing out the fluctuating supply problem of renewables.
Journalist are seen inside a vast thermal tank to store hot water in Berlin, Germany. Power provider Vattenfall unveiled a new facility that turns solar and wind energy into heat, which can be stored in a vast thermal tank and released into the capital's grid as needed, smoothing out the fluctuating supply problem of renewables.

Suriyanın şimalındakı Mənbic şəhərində ABŞ hərbi qüvvələrinin dörd əsgərinin ölümünə səbəb olmuş bomba hücumuna görə məsuliyyəti İslam Dövləti terror qrupu öz üzərinə götürüb.

ABŞ-ın başçılıq etdiyi koalisiya insidentlə bağlı məlumatların toplandığını bidirir.

“ABŞ hərbi qüvvələrinin üzvləri bu gün Suriyada patrul edən zaman baş vermiş partlayışda öldürülüb. Biz informasiya toplayırıq və əlavə detalları daha sonra bölüşəcəyik” –deyə, koalisiyanın sözçüsü Twitter sosial şəbəkəsində bidirib.

​Yerli rəsmilər və Britaniyada qərargahlanan Suriyada İnsan Haqlarını Müşahidə qrupunun bildirdiyinə görə, partlayış çərşənbə günü ABŞ hərbi qüvvələrinin patrul çəkdiyi Mənbic şəhərində bazar yaxınlığında baş verib. Rəsmilər partlayış nəticəsində yeddi mülki vətəndaşın öldüyünü, doqquz nəfərin isə yaralandığını bildirib.

İslam Dövləti terror qrupu tərəfindən açıqlanan iddiada intiharçının gödəkçəsində yerləşdirdiyi partlayıcıları patrul yaxınlığında işə saldığı bildirilir.

ABŞ prezidenti hücumla bağlı məlumatlandırılıb.

“Prezidentə bütün məlumat çatdırılıb və biz Suriyada vəziyyəti izləməyə davam edəcəyik” – deyə, Ağ Evin sözçüsü Sara Sanders bildirib.

Manbij
Manbij

ABŞ prezidenti Donald Tramp keçən ay İŞİD-in məğlub edildiyini bildirərək, Birləşmiş Ştatların Suriyadan hərbi qüvvələrini çıxaracağını elan edib.

Pentaqon keçən həftənin cümə günü hərbi qüvvələrin Suriyadan çıxarılması prosesinin bir hissəsi olaraq, hərbi texnikanın çıxarılmağa başladığını təsdiq edib. Lakin ABŞ-ın Suriyada təxminən 2 min nəfərdən ibarət əsgəri qüvvəsi onların ölkədən çıxarılması üçün şərait hazır olmayana qədər orada qalmaqda davam edəcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG