Accessibility links

Amerika polisi müsəlman dindarlara silahlı hücum zamanı özlərini qorumaq yollarını öyrədir


Amerika polisi müsəlman dindarlara silahlı hücum zamanı özlərini qorumaq yollarını öyrədir
please wait

No media source currently available

0:00 0:02:35 0:00

Amerika polisi müsəlman dindarlara silahlı hücum zamanı özlərini qorumaq yollarını öyrədir

ABŞ-ın Virciniya ştatının Arlinqton şəhəri məscidinin üzvləri silahlı hücum zamanı necə hərəkət etmələri ilə bağlı təlimlər keçir. Dindarlara özlərini və digərlərinin təhlükəsizliyini qorumaq öyrədilir. Bu kimi təlimlərə Yeni Zelandiya məscidində 50, Pitsburq sinaqoqunda 11 nəfərin ölümü ilə nəticələnən hücumlar da daxil olmaqla, din evlərinə edilən bir çox hücumlardan sonra başlanıb.

Bura Virciniya ştatı Arlinqton şəhərinin Beytül-Mükərrəm məscididir. Dualarını bitirən dindarlar Arlinqton Mahalı Polis İdarəsinin keçirdiyi təlimlərdə iştirak etmək üçün məscidi tərk etmir.

“Bu gün biz silahlı hücum zamanı necə davranılmalı haqda danışacağıq” - deyə, polis zabiti bildirir.

Polis zabitləri dindarlara məsciddə atəş açılan zaman nə etməli olduqlarını öyrədir. Arlinqton Mahalı Polis İdarəsindən Maykl Kin: “”Silahlı hücuma qarşı müdafiə” təlimlərinin məqsədi ictimaiyyəti zorakılığa qarşı hansı addımları atmağı öyrətməkdir.”

Dindarlar bu cür təlimləri yaxşı qarşılayır. Məhəmməd Əbucəfər: “Çox gözəl işdir. Mən burada olmağımdan və əsasən də məscidlər olmaqla, ictimai yerlərdə gözlənilməz hücumlara qarşı texnikanı öyrənməkdən məmnunam.”

Osman Xan: “Mən biziim qayğımıza qaldıqları üçün Arlinqton Mahalının polis işçilərinə minnərdarlığımı bildirirəm”.

Bu təlimləri Birləşmiş Ştatlar Daxili Təhlükəsizlik Nazirliyi tərtib edir. Bu, “Run-Hide-Fight” – “Qaç, Gizlən, Döyüş” modelini təbliğ edir ki, burada mümkünsə hücumçudan qaçıb gizlənmək, mümkün deyilsə, cavab atəşi açmaq… Yəni sağ qalmaq üçün mümkün addımlar atmaq öyrədilir. Müsəlman dindar Meqan Elizabet Kaharisman: “Fikrimcə bu, yaxşı işdir. İndi özümü daha təhlükəsiz hiss edirəm. Polis işçilərinin özümüzü qorumaq üçün nə etməli olduğumuz barədə verdiyi sadə məsləhətlər çox faydalıdır.”

Məscid liderləri belə bir təlimlər qərarını son zamanlar məscidlərə və sinaqoqlara edilən hücumlardan sonra verdiklərini deyirlər. Beytül Mükkərəm məscidinin imamı Aveys Əhməd: “Bu bölgənin imamları olaraq yığıcaq keçirdik. Biz Yeni Zelandiyadakı hücumun hər yerdə edilə biləcəyini düşündük və bu təlimllərin keçirilməsinə qərar verdik. Buna görə də Şimali Amerika İslam Cəmiyyəti Dairəsinə müraciət etdik. Onlar da yerli polis idarələrin ilə belə bir təlimlər təşkil etdi.”

Belə təlimlər bütün dini icmalarda keçirilir. Polis zabitləri lazım gəldikdə aldıqları təlimlərın dindarların köməyinə gələcəyinə, lakin bütün bunlara gərək qalmayacağına ümid etdiklərini deyirlər.

XS
SM
MD
LG