Accessibility links

Məsih Əlinejad İran agentləri tərəfindən qaçırılma cəhdindən xilas olunması haqda danışıb


Məsih Əlinejad İran agentləri tərəfindən qaçırılma cəhdindən xilas olunması haqda danışıb
please wait

No media source currently available

0:00 0:03:43 0:00

İranlı qadın hüquqları müdafiəçisi və Amerikanın Səsinin Fars xidmətində TV proqramının aparıcısı Məsih Əlinejad ABŞ-ın federal qurumlarının onu İran agentləri tərəfindən qaçırılması cəhdindən xilas etməsi və jurnalist fəaliyyəti haqda danışıb.

İnsan haqları fəalı və Amerikanın Səsinin Fars Xidmətinin “Tablet” şousunun aparıcısı Məsih Əlinejad təhdidlərlə qarşılaşdığını, lakin heç birinin buna bənzəmədiyini deyir.

“Mən bilirəm ki, İslam Respublikası həqiqətən məni Nyu-Yorkdan qaçırmağı planlaşdırırdı. Amma hələ inana bilmirəm. Federal Təhqiqatlar Bürosu mənə təxminən səkkiz ay əvvəl demişdi ki, evinizdə təhlükəsiz deyilsiniz. Zarafatla deyirdim ki, “baxın, mən hər gün ölümlə hədələnirəm,” Məsih Əlinejad deyib.

ABŞ-ın federal agentlərinin bildirdiyinə görə, İran kəşfiyyat agentləri tərəfindən iddia edildiyi kimi hazırlanan plan Əlinejadın qaçırılması və zorla İrana aparılmasını nəzərdə tuturdu. ABŞ-ın Ədliyyə Nazirliyi bu həftə İranın beş vətəndaşını rəsmi olaraq iddia edilən planda iştirak etməkdə ittiham etdi.

Stanford Universitetində İran Araşdırmaları proqramının direktoru Abbas Milani: “Onlar ABŞ-dan Amerika vətəndaşını qaçırmağa çalışmaq kimi heç vaxt bu qədər cəsarətli bir şey etməmişdi. Lakin bunu Avropada və Birləşmiş Ərəb Əmirliklərində etmişdi. Bunu etmək istəmələrinin səbəbi də ondan ibarətdir ki, bu, qorxu və terrora əsaslanaraq sağ qalan bir rejimdir. Masih Alinejad İran rejimini çox fəal şəkildə tənqid edirdi və insanların bu rejimə müxtəlif şəkildə müqavimət göstərməyə təşviq etməkdə çox effektiv rol oynayırdı.”

2009-cu ildə İrandan qaçdıqdan sonra hazırda ABŞ vətəndaşı olan Əlinejad İran hökuməti tərəfindən insan haqlarının pozulması barədə məlumat verir və qadınlar üçün hicabı məcburi edən İran qanunlarına qarşı sosial mediada hərəkata rəhbərlik edir.

“Mən İranın daxilində icbari hicaba "yox" deyən, 21-ci əsrdə "stadiona getmək istəyirik" deyən qadınlara platforma verdim. Biz mahnı oxumaq hüququmuzun olmasını istəyirik. Rəqs etmək hüququmuzun olmasını istəyirik. Onlar normal həyatı olmalarını istəyirlər. Mən İranda İslam Respublikasına "yox" deyən insanlara platformanı verirəm. Bu cinayətdir? Mən sadəcə işimi yerinə yetirirəm. Jurnalist olmaq İslam Respublikasının gözündə bir cinayətdir,” Məsih Əlinejad deyib.

İran Ədliyyə Nazirliyinin adam qaçırılması planı ilə bağlı hesabatını “əsassız” kimi qiymətləndirib. Lakin kəşfiyyat üzrə ekspert Heather Vilyams İran hökumətinin müxalifləri İrana geri qayıtmağa cəlb etmək və ya məcbur etməyə çalışdığını deyir.

“Bəzi əvvəlki əməliyyatlarda onlar insanları aldadırdı, ya da həmin şəxsləri həbs etmək və ya edam etmək üçün daha çox imkana malik oduqları İrana qayıtmağa razı salmağa çalışırdılar. Belə görünür, bu taktikalardan bəziləri işləyir və buna görə də onlar daha aqressiv hərəkət edir,” RAND Korporasiyasının təhlilçisi Heather Vilyams bildirib.

Məsih Əlinejad 2015-ci il nüvə anlaşmasını bərpa etmək üçün həssas səylərlə qarşılaşan Bayden administrasiyasından eyni dərəcədə ciddi cavab verilməsinə çağırıb.

Ağ Evin mətbuat katibi Cen Psaki: “Biz İranı heç vaxt dünyada yaxşı bir oyunçu hesab etməmişik, təkcə Birləşmiş Ştatlarda yaşayan ABŞ-dan bir insanı qaçırmaq üçün hazırlanan qəsdə görə deyil, həm də onların bölgədəki bizi çox narahat edən hərəkərlətinə görə və prezident buna cavab olaraq addımlar atıb. Lakin eyni zamanda, İranın nüvə silahı əldə etmək istiqamətində fəaliyyətlərini daha yaxşı görə bilmək üçün davamlı müzakirələrə qoşulmağın ABŞ-ın maraqlarına və milli maraqlarımıza uyğun olduğunu düşünürük.”

BMT də insan qaçırılması ilə iddia edilən planı qınayıb.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG