Maarifləndirici oyuncaq robot
Bizim yaşadığımız bu kompyuterləşdirilmiş dövrdə bəzi uşaqlar robotlarla oynamaq imkanına sahibdir. Şotlandiyanın Robotical şirkəti uşaqların yeriməyə, rəqs etməyə və hətta futbol oynamağa proqramlaşdıra biləcəkləri oyuncaq robot hazırlayıb. Lakin əylənməklə yanaşı uşaqlar bu oyuncaqdan istifadə edərək məktəbdə robototexnika və kompyuter proqramlaşdırması barədə öyrənəcəklər.