Accessibility links

Macarıstanda baş nazir Viktor Orbanın partiyası yenidən qələbə qazanıb


Macarıstan baş naziri Viktor Orbanın Fidezs partiyası bazar günü seçkilərində qalib gəlib. Orbana üçüncü müddət baş nazir vəzifəsini təmin edən qələbə partiyasının ant-mühacir seçki kampaniyası nəticəsində mümkün olub. İlkin nəticələrə görə, Fidezs partiyası parlament yerlərinin 3/2-ni qazanıb.

Bazar günü gecə saatlarında dəstəkçiləri qarşısında çıxış edən Orban, nəticəni müsəlmanların Avropaya miqrasiyası dövründə Macarıstan və ölkənin xristian icması üçün “böyük qələbə” adlandırıb.

Beləliklə, Orban Macarıstanın baş naziri vəzifəsini bütövlükdə dördüncü və ardıcıl olaraq üçüncü dəfə icra edəcək. O, Avropa İttifaqını Macarıstanı macarların əlindən almaqda və Avropa mədəniyyətini zəiflətməkdə ittiham edib.

Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatı seçki kampaniyası zamanı anti-mühacir tonu ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Macarıstanlı seçicilərin əksəriyyəti miqrasiya ilə bağlı narahat olsalar da, daha çox insan korrupsiya ilə mübarizə, yoxsulluq və səhiyyə sisteminin inkişafında maraqlıdırlar.

Mərkəzi Seçki İdarəsinin ilkin nəticələrinə əsasən Fidesz partiyası 199 yerlik parlamentdə 133 yer qazanacaq. Millətçilərin 26, sosialistlərin isə 20 yer qazanacağı ehtimal edilirdi.

XS
SM
MD
LG