Accessibility links

Maduro avqust ayında müxalifətlə dialoq aparmaq niyyətindədir


Nikolas Maduro

Venesuela Prezidenti Nikolas Maduro bildirib ki, o, gələn ay Meksikada Norveçin vasitəçiliyi ilə ölkədəki siyasi müxalifətlər dialoq aparmaq niyyətindədir. Maduro Birləşmiş Ştatların bu prosesi dəstəkləyəcəyinə ümid bəsləyir.

Müxalifət may ayında strategiyasını dəyişib və OPEC üzvü olan Venesuelada siyasi böhranı həll etmək üçün danışıqlara geri dönmək niyyətində olduğunu bildirib.

Maduro 2013-cü ildə vəzifəyə gələndən bəri bir zamanlar inkişaf edən Venesuelada iqtisadiyyat çökməyə başlayıb. Maduro ölkə daxilində rəqibləri, habelə Birləşmiş Ştatlar və Avropa İttifaqı tərəfindən korrupsiya, insan haqları pozuntuları və 2018-ci ildə keçirilən seçkiləri saxtalaşdırmaqda ittiham olunur. Maduro ittihamları rədd edir.

İyun ayında Vaşinqton, Brüssel və Ottavada yüksək vəzifəli diplomatlar müxalifətlə dialoq azad və ədalətli seçkilərə doğru əhəmiyyətli irəliləyişə gətirib çıxardığı təqdirdə Maduro hökumətinə qarşı sanksiyaları yenidən nəzərdən keçirməyə hazır olduqlarını bildiriblər.

“Mən sizə deyə bilərəm ki, biz Meksikaya getməyə hazırıq” – deyə, Maduro şənbə günü dövlət tərəfindən maliyyələşdirilən Telesur televiziya şəbəkəsinə müsahibəsində bildirib. “Biz mürərrək, çətin proqramı müzakirə etməyə başlamışıq.”

Huan Quaidonun başçılıq etdiyi Venesuela müxalifəti Maduronu Birləşmiş Ştatlar və digər ölkələrdən gələn diplomatik və sanksiya təzyiqləri fonunda öncəki raundlardan vaxt qazanmaq üçün sui-istifadə edib. Quaido Vaşinqton və bir neçə başqa Qərb demokratiyası tərəfindən ölkənin gerçək lideri hesab olunur.

Müxalif qruplar bildirib ki, onlar Maduro hökuməri ilə prezident və parlament seçkilərinin şərtlərini müzakirə etmək hazırdırlar.

Maduro isə deyib ki, o, danışıqlarda diqqətin ABŞ-ın maliyyə və neft sektorlarını hədəf alan sanksiyalarının aradan qaldırılmasına yönəlməsini istəyir.

O əlavə edib ki, danışıqlara “bütün müxalifət” daxil olmaldır. “Bütün müxalifət”ə isə Quaidonun 2020-ci il parlament seçkilərini boykot etmək çağırışını rədd edən müxalif siyasətçilər də daxildir.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG