Accessibility links

Manhattan partlayışının şübhəlisi ələ keçirilib [Video]


Manhattan partlayışının şübhəlisi ələ keçirilib
please wait

No media source currently available

0:00 0:00:15 0:00

Manhattan partlayışının şübhəlisi ələ keçirilib

Polislər Nyu Cersi ştatının Linden şəhərində silahlı qarşıdurmadan sonra Əhməd Rahamini həbs edə bilib

Ötən həftə sonu Nyu-York və Nyu Cersidə bomba partlayışlarına görə axtarışda olan şəxs polislə silahlı qarşıdurmadan sonra ələ keçirilib.

Hüquq-mühafizəçiləri bildirib ki, 28 yaşlı Əhməd Rahami bu gün səhər Nyu Cersi çtatlnln Linden şəhərində həbs edilib.

Rəsmilər son 48 saatda törədilən 4 partlayışla bağlı şübhəlilərin tapılması istiqamətində axtarış tədbirləri aparırdı.

Yerli və federal polis Rahami barədə axtarışı bu gün səhər elan etmişdi. Polis bildirmişdi ki, Əfqanıstan əsilli ABŞ vətəndaşı olan Rahaminin sonuncu ünvanının Nyu Cersi ştatının Elizabet şəhəri olduğu müəyyən edilib. Bu şəhər onun ələ keçirildiyi Lindendən 6 kilometr uzaqlıqdadır. Yerli medianın məlumatı görə, onun ailəsi Rahaminin yaşadığı evin birinci mərtəbəsində restoran işlədir.

Əfqanıstan əsilli ABŞ vətəndaşı olan Rahaminin sonuncu ünvanının Nyu Cersi ştatının Elizabet şəhəri olduğu müəyyən edilib. Bu şəhər onun ələ keçirildiyi Lindendən 6 kilometr uzaqlıqdadır. Yerli medianın məlumatı görə, onun ailəsi Rahaminin yaşadığı evin birinci mərtəbəsində restoran işlədir.

Birləşmiş Ştatların Federal Təhqiqat Bürosu və Nyu-York polisi şənbə günü gecə baş verən partlayışda əli olanlarla yaxınlıqda aşkar edilən partlayıcı qurğunu yerləşdirənlər arasında hər hansı əlaqənin olub-olmadığını araşdırır.

Federal Təhqiqat Bürosu bazar günü Bruklinin şosse yolunda şübhəli bir avtomobilin saxlandığını və içərisindəki 5 nəfərin sorğu-sual edildikdən sonra heç bir cinayətdə əli olmadıqlarının aşkar edildiyini bildirib.

Şənbə günü gecə Çelsi məhəlləsində baş verən partlayış zamanı yaralanan 29 nəfərin artıq xəstəxanadan buraxıldığı deyilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG