Accessibility links

Makedoniya prezidenti referendumu boykot etməyə çağırır


Prezident Corge İvanov makedoniyalıları ölkənin adının dəyişidirilməsi ilə bağlı referendumu boykot etməyə çağırıb və bu referendumu “tarixi intihar” adlandırıb.

Cümə axşamı BMT-nin Baş Assambleyasında çıxış edən İvanov deyib ki, o, sentyabrın 30-da səs verməyəcək və vətəndaşlarını da onun kimi səs verməməyə çağırır.

Makedoniyalılar qonşu Yunanıstanla on illərdir davam edən mübahisəyə son qoymaq və ölkənin NATO və Avropa İttifaqına daxil olmağına yol açmaq üçün ölkənin adını Şimali Makedoniyaya dəyişməklə bağlı refendumda iştirak edəcək.

Afina Makedoniya adının şimal əyalətinə aid olduğunu təkid edir və bildirir ki, bu addan istifadə Skopyenin Yunanıstan əyalətinə iddiasını əks etdirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG