Accessibility links

H.R. Makmaster: Trampın İranla bağlı qərarı Amerika strategiyasının bir hissəsi olacaq


ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri prezident Trampın İranla nüvə sazişindən çıxmaq barədə qərarına aydınlıq gətirməyib. Lakin H.R. Makmaster deyib ki, qərar Amerikanın İranla bağlı strategiyasının bir hissəsi olacaq.

Qərarın nə olacağını deməyən Makmaster Trampın razılığın şərtlərini müzakirə etməyə meyilli olduğunu bildirib.

Prezident Tramp İranın rəhbərliyini “terrorçu qrupları maliyyələşdirdiyini” deyərək ciddi tənqidlərə məruz qoyub.

“İran hökuməti korrupsiyalaşmış diktatorluğu saxta demokratiya pərdəsi altında maskalayır. Hökumət zəngin tarixə və mədəniyyətə malik ölkəni rəhbərləri zorakılıq, qan tökülməsi və qarışıqlıq yaradan, iqtisadi cəhətdən zəifləmiş yaramaz bir ölkəyə çevirib.”

İran prezidenti BMT-nin Baş Assambleyasındakı çıxışında Tehranın heç kimin təhdidlərini qəbul etmədiyini və Trampın şikayətlərindən danışmadan deyilən sözlərin çirkinlik və cəhaləti əks etdirdiyini bildirib.

Həsən Ruhani nüvə razılığının siyasi dünyaya yenicə qədəm qoyan yaramaz liderlərin dağıtdığını və onların heç bir zaman İranı inkişaf və irəliləyiş yolundan geri çəkə bilməyəcəyini deyib.

"İran razılığa əməl etməyən ilk ölkə olmayacaq. Lakin rəsmi Tehran razılığa əməl etməyən hər bir tərəfə qarşı qətiyyətlə cavab verəcək. ABŞ-ın beynəlxalq öhdəliklərə əməl etməyən yeni administrasiyası yalnız öz etibarına xələl gətirir” - deyə İranın dövlət başçısı bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG