Fransada prezidentliyə iki namizəd kampaniyalarına başlayıb. Onlar fransalı seçiciəri inandırmaqla mütləq əksəriyyəti əldə etməyə çalışır.
İki həftə sonra mən sizin-bütün Fransa xalqının, millətçilərin təhlükəsinə qarşı prezidenti olmaq istəyirəm
Seçkilərin may ayının 7-də keçiriləcək yükun raundunda Avropa İttifaqının tərkibində qalmaq və ya Britaniya kimi qurumdan çıxmaq kursu müəyyən ediləcək.
Sabiq bankir və iqtisadiyyat naziri Emmanuel Makron və millətçi Marin Le Peni irəli çıxarmaqla seçicilər ənənəvi partiyaları rədd edib. Solçu sosialistlərin 5-ci respublika və respublikaçıların sağçı partiyaları seçkiqabağı yarışlardan ilk dəfədir xaricdə qalır.
Fransanı əməlləri üzərində nəzarəti saxlamaq istəyən təkəbbürlü elitanın təsirindən azad etmək vaxtı çatıb
«İki həftə sonra mən sizin-bütün Fransa xalqının, millətçilərin təhlükəsinə qarşı prezidenti olmaq istəyirəm» -deyə Makron tərəfdarları qarşısında çıxışı zamanı bildirib.
Le Pen isə tərəfdarlarına ölkə sərhədlərinin möhkəmləndiriləcəyi, mühacirətin məhdudlaşdırılacağı və Brüsselin təsirindən azad ediləcəyinə dair vədlərini dilə gətirib.
«Fransanı əməlləri üzərində nəzarəti saxlamaq istəyən təkəbbürlü elitanın təsirindən azad etmək vaxtı çatıb. Bəli, mən xalqın namizədiyəm»- deyə, Le Pen bildirib.
Birinci raundun nəticələrinə görə, Makron səslərin 23.8 faizini, Le Pen isə 21.7 faizini qazanıb.