Accessibility links

Malayziya təyyarəsinin qəza səbəblərinin araşdırılmasına çağırılır


Malayziyanın nəqliyyat naziri Malayziya Hava Yollarına məxsus təyyarənin Ukraynanın şərqində vurulub salınıbsa, bunun insanlığa qarşı təhqir olduğunu deyib.

Bu gün Kuala Lampurda müxbirlərlə görüşən Liu Tion Lay deyib ki, sərnişin təyyarəsinə məqsədyönlü hucum beynəlxalq qanunlara ziddir. Nazir Malayziyanın cümə axşamı 298 nəfər sərnişin və ekipajın həlak olduğu təyyarənin qəza səbəblərinin müəyyən edilməsi üçün müstəqil istintaq aparılmasını alqışladığını deyib. Nazir onu da əlavə edib ki, həlak olanların ailə üzvlərinə dəstək üçün Malayziya Amsterdama 62 nəfərdən ibarəd fövqəladə yardım işçisi göndərib.

Dünya liderləri də Amstedamdan Kuala Lampura uçan "Boinq-777" təyyarəsinin qəza səbəblərinin araşdırılmasına çağırır. Təyyarədə həlak olan sərnişinlərin çoxu Avstraliyanın Melburn şəhərində keçiriləcək QİCS-lə bağlı beynəlxalq confansda iştirak etmək üçün gedən hollandiyalılar olub.

XS
SM
MD
LG