Accessibility links

Malaziyada hakim koalisiya seçkilərdə qələbə çalıb



Malaziyada 56 ildir hakimiyyətdə olan koalisiya müxalifətlə ciddi rəqabət şəraitində üümummilli seçkilərdə qələbə çalıb.

Malaziyanın Mərkəzi Seçki Komissiyası Vahid Milli Cəbhə koalisiyasının qələbə çalmaq üçün partlamentdə 222 yerdən 112-ni qazanaraq çoxluq əldə etdiyini bildirib. Səslərin hələlik üçdə ikisinin nəticələrinə görə, müxalifətdə olan üç partiyadan ibarət koalisiyası parlamentdə yerlərin 57-ni qazana bilib.

Tropik istiliyə baxmayaraq, bazar günü səsvermədə yüksək seçici fəallığı müşahidə edilib. Rəsmilər ölkənin 28 milyon əhalisinin 10 milyonunun səs verdiyini deyərək, seçicilərin 80 faizinin səsvermədə iştirak etdiyini bildirib.

Bu, 1957-ci ildə ölkənin Britaniyadan müstəqilliyini əldə etməsindən sonra Milli Cəbhənin ümummilli seçkilərdə 13-cü qələbəsidir. Bloka Baş nazir Nəcib Razakın Vahid Malaziya Milli Təşkilatı rəhbərlik edir.

Müxalifət koalisiyası səsvermə zamanı hakim partiyadan geniş narazılıqlara görə hakimiyyətə gələ biləcəyinə ümid edirdi.

Müxalifət Malaziyanın ən zəngin Penanq ştatı, həmçinin ölkənin ən böyük şəhəri olan Kuala Lampurda güclü olaraq qalır.

Səsvermə zamanı seçiciləri qeydə almaq üçün asanlıqla yuyula biləcək mürəkkəbdən istifadə kimi çox sayda pozuntular haqda məlumat verilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG