Cihadçılar olduqlarından şübhələnilən yaraqlılar Mali parytaxtı yaxınlığında qərblilər arasında məşhur olan istirahət mərkəzinə hücum edib.
Le Campement Kangaba kurort zonasındakı hücum zamanı 2 nəfərin öldüyü bildirilib. Xəsarət alanlar barədə məlumat verilməyib. BMT missiyasının rəsmisinin dediyinə görə, girov götürülənlər var.
Ötən noyabr ayında Bamakonun lüks Radisson Blu mehmanxanasında 22 adam öldürülmüşdü.
Hücumun məsuliyyətini Qərbdə Əl-Qaidə və Əl-Murabitun qrupları üzərinə almışdı.