Accessibility links

Keiko Honda: “Azərbaycan iqtisadi çətinlikləri arxada qoyub”


İlham Əliyev və Keiko Honda

Azərbaycan maliyyə qabiliyyətli etibarlı tərəfdaşdır, üzərinə götürdüyü öhdəlikləri daim yerinə yetirir. Bubarədə rezident İlham Əliyev Dünya Bankı Qrupuna daxil olan Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyinin icraçı vitse-prezidenti və baş icraçı direktoru Keiko Honda ilə görüşündə bildirib.

Prezident ölkədə iqtisadi islahatlara ardıcıl dəstəyinə görə Dünya Bankına təşəkkürünü bildirib.

İ.Əliyev qeyd edib ki, agentlik ölkədə xarici investorların həyata keçirdiyi bir sıra mühüm investisiya layihələri, eləcə də qlobal əhəmiyyətli "Cənub" qaz dəhlizi layihəsini dəstəkləyib.

Dövlət başçısı deyib ki, "Cənub" qaz dəhlizi layihəsi nəinki Azərbaycan, o cümlədən Avropa da daxil olmaqla, geniş bir coğrafiyanı əhatə edən region üçün mühüm əhəmiyyət daşıyır. O, bildirib ki, TANAP layihəsi ilə bağlı işlər qrafikə uyğun vaxtında tamamlanacaq.

Öz növbəsində K.Honda bildirib ki, Azərbaycanda aparılan iqtisadi islahatları yaxından izləyirlər və görülən işləri yüksək qiymətləndirirlər. Onun sözlərinə görə, Azərbaycan iqtisadi çətinlikləri arxada qoyub.

XS
SM
MD
LG