Accessibility links

Maltalı jurnalist Dafne Qalizianın qətli ilə əlaqədar yeni detallarda SOCAR-ın adı hallanır


2017 ci ildə qətlə yetirliən maltalı junalist Dafne Karuana Qalizianın istintaqı ilə əlaqədar yeni detallar işıq üzü görüb. Üzə çıxan detallarda Cifidex şirkəti onun sahibi olan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yüksək rütbəli əməkdaşı və Britaniya vətəndaşı Turab Musayevin rolu geniş yer alır.

Jurnalist Qalizia öldürülməmişdən əvvəl "17 Black Limited" adlı bir ofşor şirkətin izinə düşmüşdü. Lakin o, Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçən şirkətin kimə məxsus olduğunu müəyyən edə bilməmişdi. O, həmin vaxt öz şəxsi bloqunda dəlil irəli sürmədən şirkətin Malta rəhbərliyinə rüşvətin göndərilməsi məqsədilə təsis olunduğuna əmin olduğunu yazmışdı.

Az sonra jurnalist 2017-ci ilin oktyabrında avtomobilində quraşdırılmış bombanın partladılması nəticəsində qətlə yetirildi.

Keçən il Reuters tərəfindən "17 Black Limited"in rəhbəri olduğu müəyyən olunan Yorgen Fenek həbs edilib. Qətl işi Malta hökümətində böhrana səbəb olub. Belə ki, bu məsələ ölkənin baş naziri Cozef Muskatın vəzifəsindən kənarlaşmasına səbəb olub.

"17 Black Limited" şirkətinin addımları bir müddət sirr olaraq qalsa da Reuters agentliyi və Times of Malta tərəfindən yeni sübutlar ortaya çıxarılıb. Bu sübutlar isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İsveçrədəki filialı SOCAR Trading-in icraçı direktoru Turab Musayevə məxsus Cifidex Ltd adı şirkətlə əlaqədar xüsusi bir sövdələşməyə işıq salır.

SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsi. Bern, İsveçrə. 10 may, 2016. REUTERS/Ruben Sprich
SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsi. Bern, İsveçrə. 10 may, 2016. REUTERS/Ruben Sprich

Belə ki, Monteneqronun Mozura külək təsərrüfatı layihəsi Balkan dövlətinin ilk böyük bərpa olunan enerji sxemi olaraq 2010-cu ildə işə başlamışdı. Külək ferması qurmaq və işlətmək üçün güzəştlər əldə edən İspaniya firması Fersa Renovables daha sonra Audax Renovables şirkəti ilə birləşib.

Lakin 2015-ci ilin noyabr ayında Malta hökuməti, dövlətin nəzarətində olan Enemaltanın layihəni əldə etdiyini açıqlayıb.

Fersa tərəfindən dərc olunan hesabtlarda və Monteneqrodakı korporativ qeydlərdə Fersa-nın Mozuradakı 99 faiz payını Seyşel adalarında qeydiyyatdan keçmiş Cifidex Ltd adlı bir vasitəçiyə satdığı açıqlanır.

Sövdələşmədə birbaşa iştirak edən mənbələr Reuters-ə bildirib ki, Cifidex səhmləri almaq üçün isə "17 Black Limited" şirkətindən €3 milyon avro borc alıb.

"17 Black" şirkətinin qarşılıqlı əlaqədə olduğu üzə çıxdığı şirkət - Cifidex-in Azərbaycan Dövlət Neft Şirkətinin İsveçrədəki törəmə şirkəti olan "SOCAR Trading" in icraçı direktoru Turab Musayevə məxsus olduğu bildirirlir.

Britaniya pasportu daşıyan Musayevin "17 Black" şikətinin
sahibi Fenekin iş ortağı idi. İki nəfər 2017-ci ildə Maltada 450 milyon avroluq qaz elektrik stansiyası inşa edən bir konsorsiumun həmsədrləri idilər. Musayev ictimai qeydlərə görə konsorsiumun üçdə birinə sahib olan SOCAR Trading şirkətini təmsil edib.

Musayevin İngiltərədəki hüquq firması olan Atkins Thomson onun Feneklə əlaqələrin qarşısını almaq üçün heç bir əsas olmadığını bildirib. "Təsəvvür edəcəyiniz kimi, müştərimiz heç nə bilmir, heç bir şeydən şübhələnmir və cənab Fenechin bu vəhşilikdə hər hansı bir əlaqəsi olduğuna inanmaq üçün heç bir səbəb yoxdur" deyə hüquq firması Reuters-ə məktubunda bildirib.

Məktubda həmçinin bildirilir ki, "müştərimizin onunla apardığı hər hansı bir iş sövdələşməsi bankirlər, peşəkar mühasiblər və hüquqşünaslar da daxil olmaqla digər çox nüfuzlu və qurulmuş şirkətlər tərəfindən lazımi araşdırma aparılıb."

Reutersə açıqlama verən SOCAR Trading Mozura sxemi ilə əlaqəsi, məlumatı və "17 Black" şikəti haqqında heç bir məlumatı olmadığını bildirb. Açıqlamada şirkət Musayevi "vəzifəsi xaricində iş aparmağa icazə verən bir məsləhətçi olaraq işə götürdüyünü" söyləyib. SOCAR Musayevin Feneklə birlikdə üzərində işlədiyi enerji layihələri konsorsiumunun direktoru təyin etdiyini təsdiqləyib.

XS
SM
MD
LG