Accessibility links

Məhkəmə AXCP fəalını həbsdə saxlayıb


Məmməd İbrahim
Məmməd İbrahim

Sentyabrın 28-də Azərbaycan Ali Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimin kassasiya şikayətini təmin etməyib. M.İbrahim xuliqanlıq ittihamı ilə üç il azadlıqdan məhrum edilib.

Vəkil Yalçın İmanov məhkəmədən xahiş edib ki, aşağı instansiya məhkəmələrin hökmlərini ləğv edərək İbrahimi azadlığa buraxsın.

Müttəhim özü siyasi motivlərlə həbs olunduğunu bildirib.

Lakin məhkəmə hökmü qüvvədə saxlayıb.

M.İbrahim 2015-ci il sentyabrın 30-da xuliqanlıq ittihamı ilə (maddə 221.1) (şikayəti keçmiş AXCP üzvü Mikayıl Quliyev verib) həbs olunub. Sonradan bu maddə daha ağır ittihama – 221.2.2-ci maddəyə tövsif edilib. Bu maddə üzrə M.İbrahimi 5 ilədək azadlıqdan məhrumolunma təhlükəsi gözləyirdi. Birinci instansiya məhkəmə zamanı bütün şahidlər M.İbrahimin günahsız olduğunu və onun zərərçəkən kimi tanınanlara qarşı güc tətbiq etmədiyini bildirib. Ancaq buna baxmayaraq, bu il martın 15-də Nərimanov Rayon Məhkəməsi M.İbrahimi təqsirli bilərək üç il azadlıqdan məhrum edib.

Hüquq-müdafiə təşkilatları M.İbrahimi “siyasi məhbus” kimi tanıyıblar.

XS
SM
MD
LG