ABŞ prezidenti Donald Trampın seçki kampaniyasının keçmiş sədri Pol Manafort Ukraynada gördüyü işlə əlaqədar bank və vergi fırıldaqçılığı ittihamları ilə gələn həftə məhkəmə qarşısına çıxarılcaq. O, günahsız olduğunu söyləyir. İyulun 31-də Virciniya ştatının Aleksandriya şəhərində başlayacaq məhkəmə işi yaxından izlənəcək, çünki bu prosesdə Trampın 2016-ci il prezident seçki kampaniyası ilə bağlı bəzi məlumatların üstü açıla bilər. Məhkəmədə şahid qismində Federal Təhqiqat Bürosunun agentləri, ABŞ Vergilər Nazirliyinin rəsmiləri və Maliyyə Departamentinin Maliyyə Cinayətlərinə Nəzarət Şəbəkəsinin nümayəndələri ifadə verəcək.
Cənab Manaforta gəldikdə, onun adı siyahıda, yəni Regionlar Partiyasının “qara hesabat kitabçasında” hallanıb. Həmin siyahıya əsasən, 2007-ci ilin 20 noyabrından etibarən bu insanın xərclərini qarşılamaq üçün 12 milyon dollardan çox pul xərclənibArtyom Sıtnik
2016-cı ilin mart ayında Trampın seçki kampaniyasına daxil olmadan öncə, Pol Manafort Vaşinqtonda siyasi konsultant və lobbiçi olaraq çalışırdı. 2016-cı ilin avqustunda işdən çıxarılmadan öncə isə o, Trampın respublikaçı namizəd olaraq seçki kampaniyasına başçılıq edirdi.
Donald Tramp: “Pol Manafort çox gözəl iş görüb”.
Manafortun tanınması ilə media diqqəti onun xarici bizneslərinə yönəltdi, ələlxüsus da Ukraynanın Rusiya tərəfdarı prezidenti Viktor Yanukoviç üçün apardığı konsaltinq işinə.
FBI Manaforta 2014-cü ildən bəri nəzarət edir. Ötən il FBI agentləri xüsusi prokuror Robert Müllerin Tampın seçki kampaniyasının Rusiya ilə əlaqələrini təhqiq edən istintaqının bir hissəsi olaraq Manafortun evində reyd keçirib. Nəticədə o, bu ilin iyun ayında ədalətin əngəllənməsi və şahidlərə müdaxilə də daxil olmaqla bir neçə maddə üzrə ittiham olunaraq həbs edilib.
Tramp isə bunun ardınca dərhal Manafortun onun kampaniyasındakı rolunun çox mühüm olmadığını deyib.
“Pol Manafort mənim üçün çox qısa müddət işlədi. O, Ronald Reyqan üçün işləyib. O, Bob Dol üçün işləyib. O, daha doğrusu onun şirkəti, Con MakKeyn üçün işləyib. O, bir çox digər respublikaçı üçün işləyib. O, mənim üçün də işləyib, amma cəmi 49 gün, yəni çox qısa müddət”, Tramp deyib.
Manafortun keçmiş biznes həmkarı və Trampın seçki kampaniyasının menecerinin müavini Rik Geyts Birləşmiş Ştatlara qarşı konspirasiya etdiyini və müstəntiqlərə yalan danışdığını etiraf edib. Hazırda isə o, Rusiyanın seçkidəki rolu ilə bağlı federal istintaqa yardım edir.
Prokurorlar iddia edir ki, Manafort lüks həyat yaşamaq üçün Geytsin yardımı ilə gizli ofşor hesablardan 30 milyon dollardan çox pul yuyub.
Geyts və Manaforta qarşı irəli sürülən heç bir ittihamın Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi ilə əlaqəsi yoxdur. Rusiya səsverməyə müdaxilə etdiyini inkar edir. Ukrayna hüquq-mühafizə orqanları Yanukoviçin Rusiya tərəfdarı Regionlar Partiyasınının Manaforta 12 milyon dollar nağd pul vəd etdiyi əks etdirən sənədlər aşkar edib. Lakin Manafortun həmin pulu aldığına dair heç bir sübut yoxdur.
“Cənab Manaforta gəldikdə, onun adı siyahıda, yəni Regionlar Partiyasının “qara hesabat kitabçasında” hallanıb. Həmin siyahıya əsasən, 2007-ci ilin 20 noyabrından etibarən bu insanın xərclərini qarşılamaq üçün 12 milyon dollardan çox pul xərclənib. Cənab Manafrotla bağlı kitabçadakı ən son ödəmə 2012-ci ilin oktyabrın 5-ə aiddir” - deyə, Ukraynanın Milli Anti-Korrupsiya İdarəsindən Artyom Sıtnik bildirir.
Manafort nağd pul aldığını inkar edir. 30-dan çox sahidin iştirak etdiyi məhkəmə işi yaxından izlənəcək, çünki şahidlərin ifadələrində yeni məlumatlar ortaya çıxa bilər.