Accessibility links

ABŞ əsgəri Bredli Mənninqin Wikileaks-lə əlaqədar məhkəməsi başlayıb


O, məxfi məlumatları Wikileaks internet səhifəsinə ötürməkdə ittiham edilir

ABŞ əsgəri Bredli Mənninq Wikileaks internet səhifəsinə yüz minlərlə məxfi məlumatı ötürdüyünə görə bu gün məhkəmə qarşısına çıxacaq.

Merilənd ştatının Fort Mid şəhərinin hərbi hakimi siravı əsgər Bradley Mənninqi günahkar bilərsə, o ömürlük həbs cəzası ilə üzləşəcək.

Mənninq 2010-cu ildə həbs edilib. O, məxfi məlumatları Wikileaks internet səhifəsinə ötürdüyünü boynuna alıb və məqsədinin ABŞ-ın İraq və Əfqanıstanda yürütdüyü müharibə siyasətini ictimaiyyətə çatdırmaqdan ibarət olduğunu deyib.

İttihamçılar onun bu hərəkətinin ABŞ əsgərlərini təhlükə altında qoyub-qoymadığı məsələsini qldırıb. Ötürülən məlumatlar arasında ABŞ vertolyotunun Bağdadda mülki vətəndaşların öldürüldüyü hücumunu nümayiş etdirən videolar da var.

Mənninqin tərəfdarları onun Pentaqonun heç vaxt qəbul etməyəcəyi səhvləri ifşa etdiyini deyir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG