Accessibility links

Mark Zukerberq: İnternet sektorunun tənzimlənməsi qaçılmazdır


Facebook şirkətinin icraçı direktoru Mark Zukerberq ABŞ Konqresində qanunvericilərin istifadəçilər haqda məlumatların təhlükəsizliyi ilə bağlı suallarını cavablandırır, Vaşinqton, 11 aprel, 2018.
Facebook şirkətinin icraçı direktoru Mark Zukerberq ABŞ Konqresində qanunvericilərin istifadəçilər haqda məlumatların təhlükəsizliyi ilə bağlı suallarını cavablandırır, Vaşinqton, 11 aprel, 2018.

Facebook şirkətinin icraçı direktoru Mark Zukerberq ABŞ Senatının iki komitəsində dinləmələrdən sonra bu gün Konqresin Nümayəndələr palatasında qanunvericilər qarşısında dinləmədə iştirak edir.

O, Ədliyyə komitəsində keçirilən dinləmələrdə sosial media platformasının şəffaflığı və istifadəçilər haqda özəl məlumatların təhlükəsizliyi ilə bağlı suallarını cavablandırır.

Zukerberq deyib ki, internet şirkətlərinə “hər hansısa tənzimlənmənin olması qaçılmazdır”. Bu, respublikaçı və demokrat qanunvericilər arasında yayılmış fikirdir.

ABŞ Senatında dinləmə zamanı senatorlar Facebook şirkətinin icraçı direktoru Mark Zukerberqə sullar verir.
ABŞ Senatında dinləmə zamanı senatorlar Facebook şirkətinin icraçı direktoru Mark Zukerberqə sullar verir.

Bu tənzimlənmənin hansı şəkildə edilə biləcəyi aydın olmasa da, qanunvericilər deyir ki, onlar on milyonlarla istifadəçinin məlumat bazasına müdaxilə kim hallardan daha yaxşı müdafiə olunmasını istəyir.

Zukerberq Facebook kimi böyük şirkətlərin kiçik şirkətlərlə müqayisədə daha çox resursa malik olduğunu qeyd edərək, qanunvericilərə təkliflə bağlı xəbərdarlıq edib.

Çərşənbə axşamı Senatda dinləmə zamanı Zukerberq sosial media şirkətlərinin tənzimlənməsinə dair təkliflərin təqdim edilməsinə və qanunvericilərlə qanunvericilik aktının hazırlanması üzərində işləməyə söz verib.

Zukerberq bundan öncə milyonlarla istifadəçi ilə bağlı məlumat bazasından informasiya axını ilə bağlı üzr istəyib.

Zukerberq keçən ay Facebook şəbəkəsinin milyonlarla istifadəçisi haqda məlumatların onların xəbəri olmadan Britaniyanın Cambridge Analytica şirkəti tərəfindən toplandığı haqda xəbərlərin verilməsindən sonra Konqresdə ifadə verməyə çağırılıb. ABŞ prezidenti Donald Trampın kampaniyası 2016-cı ildə potensial seçiciləri səsverməyə cəlb etmək üçün Britaniya şirkətinin xidmətlərindən istifadə edib.

XS
SM
MD
LG