Accessibility links

Marqo Robbi: Mən özümü çirkin hesab edirəm


Aktrisa təvazökarlıqmı edir?

Marqo Robbinin ekranda gördüyümüz aktrisalar arasında ən gözəli olduğu artıq təsdiqlənib.

Amma tamaşaçıların onun gözəlliyinə və istedadına vurğun olmasına baxmayaraq o, həyatı boyu gözəl olmadığını düşündüyünü deyib.

In Touch jurnalına müsahibəsində aktrisa son zamanlarda Hollivud gözəli kimi tanınması barədə fikrini bildirərkən bunları deyib: “Mən əlbəttə bunu böyük kompliment kimi qəbul edirəm. Amma mən ömrüm boyu özümü çox çirkin hesab etmişəm.”

“Yeniyetmə yaşlarımda mən uzunboy, çəlimsiz idim, eynək və diş brasleti taxırdım” -deyə Marqo bildirib. Adam inana bilmir.

24 yaşlı bu qız dünyanın ən eybəcər eynəklərini geysə belə yenə onun gözəlliyini gizlədə bilməz. Bədən quruluşuna söz ola bilməz. Dişlərinə gəldikdə isə onun gülüşü adamı bir anlığa iflic edir.

Gənc aktrisa In Touch jurnalına deyib ki, onu tamaşaçılara sevdirən gözəlliyindən çox oynadığı xarakterlərin gözəlliyidir. “Mən heç vaxt qadının gözəlliyini vurğulamayan, işıqlandırmayan rol ifa etmərəm”- deyə Marqo bildirib.

Bundan belə başa düşmək olar ki, Marqo sözsüz çox gözəldir, amma ola bilsin ki, özünə etimadı və yaratdığı obrazlar onun gözəlliyini daha da qabarıq göstərir.

XS
SM
MD
LG