Accessibility links

Mari Kalvert dünya boyu qadınların qarşılaşdığı problemləri işıqlandırır [Video]


Foto-jurnalist qadın problemlərindən danışır
please wait

No media source currently available

0:00 0:02:37 0:00
Bu yaxınlarda Mərkəzi Afrika Respublikasında öldürülən Fransa foto-müxbiri Kamila Lepaj müharibənin səbəb olduğu dağıntıları çəkməyə çalışırdı. Onun ölümü dünyanın bəzi bölgələrində insanların çəkdiyi əzabı canlandıran jurnalistlərin nə dərəcədə təhlükə qarşısında olduqlarını göstərdi. Mükafata layiq görülmüş amerikalı foto-jurnalist Mari Kalvert də dünya boyu səyahət edərək, haqqında kifayət qədər məlumat verilməyən hadisələri işıqlandırır.

Meri Kalvert 25 ildir şəkil çəkməklə məşğuldur. O, Birləşmiş Ştatlar prezidentərindən tutmuş, Butan rahiblərinin şəkillərinə qədər dünyanın müftəlif bölgələrində şəkillər çəkib. Lakin Efiopiyadakı təcrübəsi onun bütün həyatını dəyişib. “Mən körpə doğarkən alınan zədə nəticəsində yaranan “obstretik fistula” adlı xəstəlik haqda oxumağa başladım. Mən o qadınlarla görüşdüm və bu, mənim üçün çox şey dəyişdi. Qadınlar çox ağır vəziyyətdə idilər, qadın xəstəliklərindən əziyyət çəkirdilər. Onlar ailələrindən uzaqda yaşamalı idilər. Heç kəs onların yaxınlığında olmaq istəmirdi. Onlar cəmiyyətdən uzaq dururdular. Lakin onlar xəstəxana qurdular və 400 ABŞ dollarına başa gələn hər cərrahi əməliyyat cəmi 20-30 dəqiqə vaxt aparırdı. Elə o zaman mən fikirləşdim ki, mən bunu etməliyəm, bu mənim istədiyim işdir.” - deyə, o bildirir.

Beləliklə Mari Kalvert triaj jurnalizmi adlanan peşəyə baş vuraraq, qadın böhranından danışmağa başladı.Əfqanıstanda həşişə aludəlikdən tutmuş, Konqoda cinsi zorakılıqlara qədər. “Hər oxuduğum xəbər, internetdə qadınların fəryadını nümayiş etdirən hər video mənim bu marağımı daha da dərinləşdirdi. Konqo Demokratik Respublikasında qadın olmaq hərbçi olmaqdan daha təhlükəlidir. Orada cinsi zorakılıqlar epidemiya xarakteri almışdı. Cinsi zorakılıqlar müharibədə silah kimi idi, onlar cəmiyyəti güllə ilə deyil, belə məhv edirdilər.”

Mari Kalvert iki dəfə Pulitzer mükafatına və onlarla müxtəlif prestijli mükafatlara layiq görülüb. Hər dəfə düşmən ərazisində olanda bunun nə qədər təhlükəli olması ona bir daha əyan olur.

Mari Kalvert çəkdiyi şəkillərin dünya boyu qadınların üzləşdiyi problemlər barədə məlumatlandıracağına ümid edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG