Accessibility links

ABŞ Türkiyəni ekstremist islamçı ideologiya yeritməkdə günahlandırır


Tramp administrasiyasının yüksək səviyyəli rəsmisinin Türkiyəni onun sözlərilə, bütün dünyada ekstremist islamçı ideologiya yeritməkdə ittiham etməsi ilə Birləşmiş Ştatlar və Türkiyə arasında onsuz da gərgin münasibətlər belə görünür, daha da gərilir.

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri, general H.R. Makmaster çərşənbə axşamı deyib ki, Türkiyə Qətərə qoşularaq, ekstremist ideologiyanın yayılmasına xidmət edən əsas mənbə rolunu oynayır.

“Biz Türkiyənin Afrikadan Cənubi Asiyaya qədər hər yerdə böyük müdaxiləsinin şahidi oluruq”, Makmaster Vaşinqtonda bildirb.

“Balkanlar daha böyük narahatlıq doğurur”, o, sözünə davam edib.

Biz Türkiyənin Afrikadan Cənubi Asiyaya qədər hər yerdə böyük müdaxiləsinin şahidi oluruq.
H.R.Makmaster

Makmaster Ankaranı terror qruplarını maliyyələşdirməkdə ittiham etməyib. Lakin o, Türkiyənin 1970-ci illərdə Səudiyyə Ərəbistanının, son zamanlar isə Qətərin izi ilə gedərək, terrorizmin yayılması üçün şəraitin yaradılmasına kömək edən qrupları maliyyələşdirdiyi ilə bağlı narahatlıqlarını ifadə edib.

“Biz mədrəsələr, məscidlər və xeyriyyəçilik vasitəsilə ekstremist ideologiyaların yayılması məsələsinə kifayət qədər diqqət yetirməmişik”, Makmaster bildirib.

Türkiyənin Xarici İşlər nazirliyi Makmasterin açıqlamalarını tənqid edərək, onları “təəccübdoğuran, əsassız və qəbuledilməz” adlandırıb.

“Biz dost və müttəfiq tanıdığımız Birləşmiş Ştatların ölkəmizə münasibətdə eyni mövqe nümayiş etdirməsini, YPG kimi terror qrupları ilə əməkdaşlığın bütün formalarını dayandırmasını və bizim terrorizm və radikalizmə qarşı apardığımız mübarizədə daha konkret və effektiv dəstək göstərməsini gözləyirik”, nazirliyin bəyanatında bildirilir.rik.

ABŞ və Türkiyə arasında münasibətlərdə Vaşinqtonun Suriyada İslam Dövləti qrupuna qarşı mübarizəyə kömək edən kürd hərbi dəstələrindən ibarət YPG-yə dəstəyi ilə əlaqədar gərginlik mövcuddur. Ankara YPG-ni Türkiyədə kürd üsyançılarının fəaliyyəti qadağan olunmuş PKK qrupu ilə əlaqələri olmaqda ittiham edir. Türkiyə, Avropa İttifaqı və Birləşmiş Ştatlar PKK-ni terrorçu qrup kimi tanıyır.

XS
SM
MD
LG